Hesperis matronalis | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Hesperis matronalis |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hesperis matronalis (lat. Hesperis matronalis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin hesperis cinsinə aid bitki növü.
Çoxillik bitkidir. Gövdəsi əyilmiş, qısa budaqlı və ya uzun, hündürlüyü (15) 30-100 sm, sadə və ya qarışıq tükcüklüdür. Yarpaqları yumurtavari və ya uzunsov-lansetvari, ucubiz, kənarları diş-dişli və ya demək olar bütöv, aşağı yarpaqları saplaqlı, yuxardakılar oturaq, dar lansetvaridir. Salxımı qeyri-sıxdır. Çiçəkləri xoş ətirli, ləçəkləri bənövşəyi, çəhrayı, az hallarda ağ rəngdədir. Buynuzmeyvələri demək olar ki düz, təsbehvari, uzunluğu 5-12 sm, nazik, çılpaq və ya tüklənmişdir. Toxumları xırda, mixəyidir.
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır. Dağ çəmənlərində, kolluqlarda, meşələrdə, meşə kənarlarında, çay kənarlarında bitir.