Hess Corporation | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | neft sənayesi[d] |
Təsis tarixi | 1919[1], 8 may 2006 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
hess.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Hess Corporation (2006-cı ilə qədər Amerada Hess Corporation) — xam neft və təbii qazın axtarışı və hasilatı ilə məşğul olan ABŞ qlobal enerji şirkəti.[3] 1968-ci ildə Hess Oil and Chemical və Amerada Petroleum şirkətlərinin birləşməsi nəticəsində yaradılmışdır. Leon Hess 1960-cı illərin əvvəllərindən 1995-ci ilə qədər CEO vəzifəsində çalışmış, bundan sonra oğlu Con Hess onu sədr və baş direktor kimi əvəz etmişdir.[4] Şirkətin rəqib neft şirkəti Chevron tərəfindən alınması ilə bağlı razılıq əldə olunub.[5]
Baş ofisi Nyu Yorkda yerləşən şirkət Fortune 500 korporasiyalarının 2016-cı il illik reytinqində 394-cü yerdə qərarlaşıb.[6] 2020-ci ildə Forbes Global 2000 Hess-i dünyanın 1253-cü ən böyük ictimai şirkəti olaraq sıralamışdır.[7]
Şirkətin ABŞ (Şimali Dakota) və Liviyada sahildə, dənizdə isə ABŞ (Meksika körfəzi), Kanada, Cənubi Amerika (Qayana və Surinam) və Cənub-Şərqi Asiyada (Malayziya) kəşfiyyat və hasilat əməliyyatları var.[8]