Hidiv qəsri | |
---|---|
41°06′18″ şm. e. 29°04′25″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Aidiyyatı | Osmanlı imperiyası |
Memar | Delfo Seminati |
Sifarişçi | Abbas Hilmi Paşa |
Tikilmə tarixi | 1907 |
Üslubu | Modern memarlıq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hidiv qəsri — İstanbulun Beykoz ilçəsində Çubuqlu bölgəsində yerləşən bir abidədir. 1907-ci ildə Misirin son valisii Abbas Hilmi Paşa tərəfindən İtalyan memarı Delfo Seminatiyə tikdirilmişdir. Dövrün memarlıq dəbinə uyğun olaraq müasir tərzdədir[1].
Hidivlik məqamı, Osmanlı İmperiyasının Misir valilərinə verdiyi addır. Osmanlının Misir qubernatorlarından olan gənc yaşdakı "Hidiv Abbas Hilmi Paşa" XIX əsrin sonlarında Misirdəki İngilis nüfuzunu qırmaq və Osmanlı Dövlətindən dəstək almaq üçün uzun müddət İstanbulda qalması lazım idi. Buna görə də 1903-cü ildə günümüzdə qəsrin yerləşdiyi yer satın alındı. Abbas Hilmi Paşa bir müddət sonra yalılarının arxasındakı ağaclıq yamacları və üst düzənliyi əhatə edən 270 hektar bağı də aldı. Taxta tikililəri sökdürən Abbas Hilmi Paşa, 1907-ci ildə 1000 kvadrat metr sahə üzərində, İtalyan memar Delfo Seminatiyə, o dövrün memarlıq dəbinə uyğun olaraq modern üslubunda əzəmətli bir qəsr və üzərinə İstanbul Boğazını görən qüllə inşa etdirdi[2].
Misiri işğal edən İngilislər, ölkəyə krallıq sistemini gətirərək, Abbas Hilmi Paşanın valilik titulunu ləğv etdilər. Abbas Hilmi Paşa, taxtdan salınması ilə İsveçrəyə köçərək (ya da sürgünə göndərilərək) burada həyatını davam etdirdi. Paşanın ailəsi isə Hidiv qəsrində 1937-ci ilə qədər qaldı. Həmin il, İstanbul Bələdiyyəsinə Hidiv qəsrinin satışı həyata keçirildi.
Uzun müddət baxımsız qalan qəsr, 1984-cü ildə Türkiyə Turing və Avtomobil Qurumu adından Polad Gülersoy tərəfindən bərpa etdirilib və bir müddət otel olaraq istifadə edilmişdir. 1994-1996-cı illərdə yenidən bərpa edilən Hidiv qəsrinin idarəçiliyi, 1996-cı ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin təşkilatı olan Beltura keçmişdir. Hazırda restoran və sosial obyekt kimi istifadə edilir. Qəsrin bir üzündəki İstanbulun ən böyük gül bağçalarından olan xarici məkanı və tarixi iç məkanında ayrıca toy mərasimləri də keçirilir[3]
Qəsrin memarlıq olaraq, Osmanlı memarlığı xaricində qərb tərzi (art nouveau) var. Baş girişin ortasında mərmərdən əzəmətli və monumental bir bulaq var. Tavanı dama qədər yüksəlir və vitrayla örtülüdür. İçində müxtəlif yerlərində zərif fəvvarə və hovuzlar var. Bina plan olaraq salonlar arasındakı əlaqələr vasitəsilə hovuzun ətrafında bir dairə cızır. Bu dairə yalnız giriş dəhlizi tərəfindən kəsilir. Bu dəhlizdəki tarixi lift diqqətçəkən başqa bir detaldır. Üst mərtəbədə isə xüsusi otaqlar yerləşir