Hillə

Hillə
الحلة
32°29′ şm. e. 44°26′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1101
Mərkəzin hündürlüyü 34 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 541.034 nəf. (2015)[1]
Xəritəni göstər/gizlə
Hillə xəritədə
Hillə
Hillə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hillə (ərəb. الحلة‎) — İraqın mərkəzində, Fərat çayı üzərində şəhər.

Hillə şəhəri Bağdadın 100 kilometr (62 mil) cənubunda yerləşir. 1998-ci ildə siyahı alınmaya görə əhalisi 564.700 nəfərdir.

Hillə şəhəri bir ara şiəliyin mərkəzinə çevrilmişdi. Nəcəf hövzəsində elmi durumun zəifləməsi ilə ibn İdris Hilli Hillə şəhərində fiqhi hərəkata başladı. Beləcə, şiə fiqhinin elmi mərkəzi İraqın Hillə şəhəri oldu. Mühəqqiq Hilli, Əllamə Hilli kimi şöhrətli fəqihlər Şeyx Tusidən sonra şiə fəqihliyinin yeni mərhələsinin bünövrəsini qoyanlardan sayılırdı. Onlar şiə fiqhini mükəmməl vəziyyətə gətirib Şeyx Müfidin xəttini davam etdirdilər.

Hillə şəhərindən sonra fəqihlik mərkəzi Cəbəle-Amil və Şam məntəqəsinə köçürüldü. Əllamə Hillinin oğlu Fəxrul-Mühəqqiqinin şagirdi Şəhide-Əvvəl, sonra isə Şəhide-Sani bu mərkəzin məşhur fəqihləri olmuşlar. Onlar Şeyx Müfidin fiqh məktəbini Cəbəle-Amilə gətirdilər və güclü bir hövzə yaradıldı.

  1. http://unstats.un.org/unsd/demographic/products/dyb/dyb2015.htm.