Himiko | |
---|---|
yap. ひみこ çin. 卑彌呼 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | 247 |
Vəfat yeri | |
Fəaliyyəti | monarx, Şaman |
Vikianbarda əlaqəli mediafayllar |
Himiko (yaponcaː 卑弥呼; bilinmir – 247, Yaponiya) — Yaponiyanın erkən dövlət qurumlarından birinin hakimi (173-250).
Himiko barədə məlumat verən yeganə etibarlı yazılı mənbə Çin tarixi salnaməsi "3 şahlığın yazıları" əsərdir. Bu əsərin xüsusilə "Şərq varvarları haqqında bölməsi"ni qeyd etmək olar. Həmin əsər təxminən 297-ci ildə yazılmışdır. Bu əsərdə Yaponiya arxipelaqının sakinlərinin - "Va insanları"nın (倭人 — «karlik insanlar) sosial təşkili, həmçinin "Qadın hökmdar Himikonun hakimiyyəti dövrü təsvir olunur. O, çin mənbələrində Yamatay ölkəsinin şaman və Yaponiyanın asılı ölkələrinin hakimi kimi xatırlanır. Çin salnamələri qeyd edir ki, 239-cu ildə Himikonun Çin sülaləsi - Veyə (220-265) hədiyyələr göndərməsi barədə məlumat verilir.
243-cü ildə Himikonun ikinci dəfə hədiyyələrlə öz nümayəndəsini Loyana göndərməsi barədə məlumat verilir. Sonuncu dəfə isə 248-ci ildə Çinə Himiko tərəfindən hədiyyələr göndərilməsindən bəhs edilir.
Eramızın əvvəllərində Yaponiya adaları ərazisində yaşayan kumaso (xayato) (Şikoku adasında və Kyüsyü adasının cənubunda), tenson (Kyüsyü adasının şimalında), icumo (Xonsyu adasında, Noto yarımadasının mərkəzində) və emişi (eco) (Xonsyu adasının şimal-şərqində) tayfalarını göstərmək olar. Bu tayfalar arasında gedən fasiləsiz müharibələr nəticəsində yapon xalqının təşəkkülü prosesi başlamış və ibtidai icma quruluşunun dağılması posesi sürətlənmişdi.
II əsrin sonlannda Yaponiyada ilk tayfa ittifaqları meydana gəlir. Bu tayfa ittifaqları içərisində ən güclüsü - mərkəzi Kinai rayonu olan Yamatay adlanan tayfa ittifaqı idi. Tayfa ittifaqına Himiko (173-250) adlı qadın başçılıq edirdi. Yamatay tayfa ittifaqının daxili iqtisadi vəziyyəti ağır olmuşdur. Koreyanın orta əsrlər dövrünə aid olan Silla salnaməsində 193-cü ildə yaponların aclıq keçirməsi haqqında məlumat verilir. İqtisadi çətinliklərlə yanaşı, Yamatay tayfa ittifaqı siyasi problemlərlə də üzləşmişdir. Belə ki, kumaso tayfası Koreya yarımadasından kömək alaraq, Yamatay tayfa ittifaqına qarşı hərbi yürüşlər təşkil etmişdi. 247-ci ildə isə Himiko Çin tərəfindən müdafiə edilən xayato tayfasının hücumlarını dəf etməli olmuşdu. Himiko evli deyildi. Onun məiyyətini tənh qadınlar təşkil edirdi. Onun hüzuruna gəlib gedən yeganə kişi müşaviri olan qardaşı idi. O heç vaxt insanlar arasına çıxmazdı. Ölümündən sonra məzarı ətrafında 1000 qulu öldürülərək qəbri ətrafında dəfn edilmişdir.
250-ci ildə Himikonun ölümündən sonra onun qardaşı özünü hökmdar elan etmişdi. Lakin digər tayfaların başçıları onun hakimiyyətini tanımamış və tayfalararası müharibələr başlanmışdı. Nəticədə, hakimiyyətə Himikonun 13 yaşlı qızı İyo gəlmişdi.[1]