Hindustan yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | >2,000,000 km² |
Yerləşməsi | |
20°00′00″ şm. e. 80°00′00″ ş. u.HGYO | |
Akvatoriya | Ərəbistan dənizi/Benqal körfəzi/Lakkadiv dənizi |
Ölkə | Hindistan |
|
Hindustan (hind. हिन्दुस्तान Hindustān, urdu ہندوستان Hindostān fars. Hindū — Hind + stan) — Asiyanın cənubunda yerləşən yarımada. Sahəsi 2 milyon km² yaxındır. Şimal sərhəddi Hind çayının deltasından Qanq çayının deltasına qədər uzanır.[1]. Bəzən yarımadanın ərazisinə bütün platonu və dağları aid edirlər.[2]. Yarımada Hindistannın böyük hissəsi, Pakistan və Banqladeşin bir hissəsi özündə birləşdirir. Qərbdən Ərəbistan dənizi, şərqdən Benqal körfəzi, cənubdan isə Lakkadiv dənizi onun sahillərini yuyur. Yarımadadan cənub-şərqində böyük Şri-Lanka adası yerləşir. Yarımada Hindistan yarımqitəsinin və Hindistan tavasının cənubunda yerləşir.
Yarımadanın cənub nöqtəsi Komorin burnudur.
Cənub hissələri allyuvial çökəkliklər yerləşir. Malabar və Koromandel sahillərini buna misal çəkmək olar. Əsas çayları: Narbada, Tapti, Mahanadi, Qodavari və Qrişna.[3]
Farslar yarımadanı və bütün bölgəni Hindustan adlandırmışlar, bu səbəbdən avropa dillərinə bu çür keçmişdir. XIX əsrdən avropalılar Himalay dağlarından Vindhya massivinə qədər əraziyə bu adı şamil etmişlər[4]. İngilislər yarımadanı Cənubi Hindistan adlandırırlar. Rusların adladırdığı İndostan termini isə artıq arxaikləşmişdir.