Hipernova

Hipernova — son dərəcə güclü nüvə çöküşü senarisinin nəticəsi olduğu düşünülən çox yüksək enerjili bir supernovadır. Bu halda , böyük kütləli bir ulduz (> 30 günəş kütləsi) güclu əkiz enerji şırnağı yayan və yığılma diski ilə əhatə olunaraq öz oxu ətrafında dönən bir qara dəlik yaratmaq üçün çökür. Bu, qeyri-adi dərəcədə yüksək kinetik enerjiyə malik olan, əksər supernovalardan daha böyük miqyaslı və parlaqlığı ən azı 10 dəfə daha böyük olan maddə yayan bir ulduz partlayışıdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]