Hipparion

Hippariontəkdırnaqlılar (Perissodactyla) dəstəsinin atlar (Equidae) ailəsinə mənsub olan, nəsli kəsilmiş üçbarmaqlı at cinsi, Neogendə çöllərdə böyük sürülərlə yaşamış və bu çöllərin faunası – "Hipparion faunası" adını almışdır. Hipparion Amerikada Gec Miosendə meydana gəlmiş, sonralar Avrasiyaya yayılmışdır. Pliosendə daha geniş yayılmış, Afrikada Dördüncü dövrə qədər yaşamışdır. Azərbaycanda zəngin Hipparion faunası Eldar düzündə Üst Sarmatın kontinental çöküntülərində aşkar edilmişdir.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]