Hoşyar Zəbari

Hoşyar Zəbari
ərəb. هوشيار محمود محمد زيباري
kürd. Hoşyar Mehmûd Mihemed Zêbarî
Şəxsi məlumatlar
Doğum tarixi 2 dekabr 1953(1953-12-02) (70 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat
Dini sünni islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hoşyar Mahmud Məhəmməd Zəbari[1] (kürd. Hişyar Zêbarî; 2 dekabr 1953, Akra[d]) — İraq kürd siyasətçisi.[2] O, İraqın xarici işlər naziri, maliyyə naziri və baş nazirin müavini vəzifələrində çalışmışdır.

Hoşyar Mahmud Məhəmməd Zəbari[3] 2 dekabr 1953-cü ildə İraqın Akra şəhərində, kürd əsilli ailədə anadan olmuşdur. O, İordaniyada siyasət üzrə bakalavr dərəcəsini bitirdikdən sonra Birləşmiş Krallığın Esseks Universitetində sosiologiya üzrə magistr dərəcəsi almışdır.[4] Zəbari 1990-cı illərdə Kürdüstan Demokrat Partiyasının xarici əlaqələr üzrə sözçüsü olmuş, partiyanı təmsil etmək məqsədilə Birləşmiş Krallıq və ABŞ-da olmuşdur.[5][6] Zəbari 2003-cü ildə İraq Hökumət Şurası tərəfindən İraqın Xarici İşlər naziri təyin edilmişdir.[7] O, 2014–2016-cı illərdə maliyyə naziri və baş nazirin müavini vəzifələrində də çalışmışdır.[8][9]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Zebari İraq kürdüsünni müsəlmandır.[10] Onun atası Zəbari tayfasının başçısı Mahmud Ağa Zəbari idi və 1981-ci ildə İraq kəşfiyyatı tərəfindən qətlə yetirilmişdir. Onun üç böyük qardaşı da Səddam Hüseyn rejimi tərəfindən öldürülmüşdür.[11] O, həm də İraq Kürdüstanının keçmiş prezidenti Məsud Bərzaninin əmisidir.[12][13] Zəbari İraq və Birləşmiş Krallıq vətəndaşıdır.[14]

  1. Ədalət, Kamran. "Mosula hücum: nazir kürdlərdən kömək istədi". Axar.az (az.). 29 dekabr 2015. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.
  2. Gunter, Michael M. (2018). Historical dictionary of the Kurds (3. ed.). Lanham: Rowman & Littlefield Publishers. ISBN 978-1538110492.
  3. "Hoshyar Zebari, a consensus candidate for Iraqi presidency: Diplomat". Kurd Net. 12 may 2014. 3 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.
  4. "H.E. Hoshyar Zebari". The University of Jordan. noyabr 2014. 2018-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.
  5. Historical Dictionary of Iraq. Scarecrow Press, Inc. 2013. 678, 679. ISBN 9780810879423. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-02.
  6. Zand, Bernhard. "Iraq Is Facing a Mortal Threat". Der Spiegel. 30 iyun 2014. 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.
  7. After Saddam: Prewar Planning and the Occupation of Iraq. Rans Corporation. 2008. səh. 170. ISBN 9780833044587. 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-02.
  8. Bradley, Matt. "Iraqi Parliament Approves New Cabinet, Raising Hopes for Unity". The Wall Street Journal. 8 September 2014. 3 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.
  9. Mustafa, Hamza. "Iraq parliament approves new Defense, Interior ministers". Asharq al-Awsat. 18 oktyabr 2014. 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.
  10. Priyanka Boghani. "In Their Own Words: Sunnis on Their Treatment in Maliki's Iraq". PBS. 28 oktyabr 2014. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.
  11. Ghassan Charbel. "زيباري: تابعت دراستي الجامعية في الأردن مدعياً أنني إيراني من عرب الأهواز" (ərəb). Rasseen. 17 noyabr 2013. 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.
  12. "Massoud Barzani's mother passes away in Erbil, Iraqi Kurdistan". Kurd Net. 28 iyul 2011. 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.
  13. "Massoud Barzani's mother passes away in Erbil, Iraqi Kurdistan". Kurd Net. 28 iyul 2011. 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.
  14. "Iraq seeks to bar top officials from dual citizenship". Millenial Media. 16 iyul 2013. 2017-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.