Ho Şi Min cığırı | |
---|---|
Đường Trường Sơn | |
Tipi | Logistik sistem |
Yer haqqında informasiya | |
Nəzarət olunur | Vyetnam Xalq Ordusu |
Vəziyyəti | fəaliyyət göstərmir |
Tikinti yerinin tarixi | |
Tikilib | 1959–1975 |
İnşaatçı | Şimali Vyetnam |
İstifadə illəri | 1959–1975 |
Qarnizon informasiyası | |
Keçmiş komandirlər |
|
Qarnizon | 5,000–60,000 |
Vikianbarda əlaqəli mediafayllar |
Ho Şi Min cığırı (ing. The Ho Chi Minh trail, vyet. Đường mòn Hồ Chí Minh), həmçinin Annam dağları cığırı (vyet. Đường Trường Sơn) — Şimali Vyetnamdan Laos və Kamboca krallıqları vasitəsilə Cənubi Vyetnama qədər uzanan logistik yollar və cığırlar şəbəkə. Bu sistem Vyetnam müharibəsi zamanı Vyetkonq və Vyetnam Xalq Ordusuna işçi qüvvəsi və material şəklində dəstək vermişdir. Şəbəkənin tikintisi 1959-cu ilin iyulunda, Şimali Vyetnamın Laosa hücumundan sonra başlamışdır.
ABŞ tərəfindən Şimali Vyetnam prezidenti Ho Şi Minin şərəfinə adlandırılmışdır. Adın mənşəyinin Birinci Hind-Çini müharibəsindən gəldiyi güman edilir. Bu dövrdə "Ho Şi Min cığırı marşrutu" adlı Vyetmin dəniz logistikası xətti mövcud idi.[1] 1960-cı ilin sonlarından bəri cığır sistemi inkişaf etmiş, həmn dövrdən qısa müddət sonra "Agence France-Presse" (AFP) şimal–cənub cığırının açıldığını elan etmiş və onlar bu dəhlizə "La Piste de Hồ Chí Minh", yəni "Ho Şi Min cığırı" adını vermişdilər.[2] Bu cığırın çox hissəsi Laosdan keçirdi və kommunistlər tərəfindən Vyetnamın mərkəzində yerləşən Çıonqşon dağlarının şərəfinə Çıonqşon Strateji Təchizat Marşrutu (Đường Trường Sơn) adlandırılmışdır.[3] Onlar daha sonra cığırı iki hissəyə bölərək Qərbi Çıonqşon (Laos) və ya Şərqi Çıonqşon (Vyetnam) olaraq müəyyən etmişdilər.[2] ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəsmi müharibə tarixinə görə, cığır sistemi "XX əsrin hərbi mühəndisliyinin ən böyük nailiyyətlərindən biri" hesab olunur.[4]