Hoanq Van Thay

Hoanq Van Thay
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1915(1915-05-01)[1]
Vəfat tarixi 2 iyul 1986(1986-07-02) (71 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Qoşun növü Vyetnam Xalq Ordusu
Komandanlıq edib
Döyüşlər
Təltifləri "Qırmızı bayraq" ordeni

Hoanq Van Thay (vyet. Hoàng Văn Thái; 1 may 1915[1]2 iyul 1986, Hanoy) — Vyetnam kommunist hərbi və siyasi xadimi.[2] .

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Şimali Vyetnam ərazisində anadan olmuşdur. Hoanq 1938-ci ildə Vyetnam Kommunist Partiyasına qoşulmuşdur.[3]

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, Vyetnam Xalq Ordusunun ilk qərargah rəisi və Vyetnam Demokratik Respublikasının əsas hərbi qüvvələrinin rəhbəri olmuşdur.[3] Hoanq Dyenbyenfu döyüşündə qərargah rəisi idi. Cənubi Vyetnam Qurtuluş Ordusuna komandanlıq etmişdir. Tet hücumu zamanı Hoanq Şimali Vyetnam Ordusunda yüksək rütbəli zabit idi.[2]

1975-ci ildə Cənubi Vyetnamda ABŞ-nin dəstəklədiyi hökumətə qarşı kommunistlərin qələbəsindən sonra general Hoanq müdafiə nazirinin müavini təyin edilmişdir. O, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş və 1960-cı ildən parlamentdə təmsil olunmuşdur.[3]

  1. 1 2 Deutsche Nationalbibliothek Record #133735672 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Ronald B. Frankum Jr. Historical Dictionary of the War in Vietnam, 2011 р. 207.
  3. 1 2 3 AP. "Hoang Van Thai, 71; A Vietnamese General" (ingilis). The Newyork Times. July 5, 1986. June 16, 2018 tarixində arxivləşdirilib.
  4. "Trao tặng và truy tặng Huân chương Sao Vàng cho nhiều đồng chí lãnh đạo cao cấp". 28/04/2007 lúc 01:35'(GMT+7). Archived from the original on 2012-05-15. İstifadə tarixi: 2023-07-13.
  5. Danh sách cá nhân, tập thể được trao tặng Huân chương Hồ Chí Minh — Wikipedia