Hoey zəlzələsi | |
---|---|
Tarix |
|
Episentrin yeri | |
Ölənlər |
|
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hoey zəlzələsi — 28 oktyabr 1707-ci ildə yerli vaxtla saat 14:00-da Yaponiyada baş verən zəlzələ
Bu zəlzələ 2011-ci ildə baş verən Tohoku zəlzələsinə qədər Yaponiya tarixində baş vermiş ən böyük zəlzələ olub. Bu zəlzələ cənub-qərbi Honşu, Şikoku və Kyüşü ərazilərində ciddi dağıntılara səbəb olub. Zəlzələ və dağıdıcı sunaminin qurbanlarının sayı 5000 idi. Bu hadisə Nankai megathrust zəlzələsinin bütün seqmentlərini alt-üst edən yeganə məlum zəlzələ kimi tarixə düşdü (8.6 ml miqyasında (bal) dəyərləndirilir).
29000 ev dağılıb, 5000 nəfər həlak olub. Zəlzələ nəticəsində ən azı əhəmiyyətli bir torpaq sürüşməsi baş verib (Şizuokada Ohya sürüşməsi). Bu sürüşmə Yaponiyada baş verən üç ən böyük sürüşmədən biridir və 1.8 km2 əhatə edir. Qiymətləndirilmiş həcm 120 milyon m3-dir.