Horasis

Horasis
Loqonun şəkli
Növü araşdırma mərkəzi
Yaranma tarixi 2005
Rəsmi dili
Mərkəzi Sürix, İsveçrə
Sədr Frenk-Yurgen Rixter
horasis.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Horasis — mərkəzi İsveçrənin Sürix şəhərində yerləşən, əsası 2005-ci ildə Frenk-Yurgen Rixter tərəfindən qoyulmuş müstəqil araşdırma mərkəzidir.[1]

Mərkəz təklif əsasında Çin, Hindistan, RusiyaYaxın Şərq biznes liderləri ilə regional görüşlər təşkil edir. Horasis "The New York Times" tərəfindən "inkişaf edən bazarlar üçün beynəlxalq iqtisadi forum kimi kiçik liqa"[2] adlandırılmışdır. Regional səviyyəli görüşlərlə yanaşı, təşkilat, "Horasis Global Meeting" və "Horasis Visionary Circle" adlı fərdi tədbirlərin də təşkilatçısıdır.

Rol və missiya

[redaktə | mənbəni redaktə et]
Horasisin sədri Frenk-Yurgen Rixter

Horasisin əsas məqsədi, inkişaf etmiş və inkişafda olan ölkələrin təcrübələrini bölüşmək və əməkdaşlığı sayəsində "sabit gələcək üçün konsepsiyanın qəbul edilməsi"dir.[3] Cəmiyyət əsasən, tez-tez yeni partyor koorporasiyalarla, hökümətlər və beynəlxalq təşkilarlarla əlaqələr şəraitində işləyir. Bu görüşlər növbə ilə təklifçi ölkələrdə keçirilir[4], seçilmiş korporasiyalar güncəl mövzularda nitq və təqdimatlar hazırlayırlar.[5][6]

Görüşlər adətən seçilmiş ölkənin coğrafi mövqeyinə uyğun olaraq təşkil edilir. Seçilmiş ölkə üçün bu tədbir qonaq ölkələrlə (Çin, Rusiya, Hindistan, ərəb ölkələri və sair.) əlaqələrin və əməkdaşlığın genişləndirilməsi üçün vasitə hesab edilir. Təbirlər həm də siyasi dialoqların aparılması üçün uğurlu platforma rolunu oynayır.[7][8]

İlin biznes liderləri

[redaktə | mənbəni redaktə et]

Horasis tərəfindən yaradılmış "İlin biznes lideri" mükafatı hər il etibarlı gələcəyin qurulmasında iştirak edən biznesmenlərə verilir. Mükafat ilk dəfə 2006-cı ildə təqdim edilmişdir.[9] Laureatlar arasında Emke qrupun M. A. Yusuf Əli, "Kaspersky Lab"ın həmtəsisçisi Natalya Kasperskaya və başqaları da vardır. Mükafatlandırma mərasimi regional görüşlər çərçivəsində baş tutur.[10][11]

  1. "Indian companies to benefit from EU crisis: Expert - CNBC-TV18". Moneycontrol.com. 2011-07-19. 2012-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
  2. Tom Redburn. "Enthusiasm Temepered With Concern, About Business in India". The New York Times. 2017-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
  3. "Article: Emerging markets to the fore". Businesstoday.co.om. 2012-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
  4. "Ministry of Commerce, Industry and Tourism - Archived Speeches/Articles/Interviews - Global Russia Business Meeting, address by Minister of Commerce". Mcit.gov.cy. 2011-04-11. 2017-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
  5. "The Bank of Cyprus at the Global Russia Business Meeting - Bank of Cyprus Country Cyprus". Bankofcyprus.com.cy. 2011-04-18. 2012-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
  6. "Global China Business Meeting by PwC PwC Luxembourg". Pwc.com. 2010-11-22. 2012-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
  7. "Jean-Claude Juncker, Discours à l'occasion du Global China Business Meeting, Luxembourg". Gouvernement.lu. 2010-11-22. 2012-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-17.
  8. "Gunjan Sinha to participate in the Horasis Summit in Naples, Italy – Press Release". Metricstream.com. 2017-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
  9. Horasis.org. "News :: Business Leader of the Year". Horasis.org. 2017-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
  10. "Roland Berger Strategy Consultants and Horasis Award "Arab Business Leaders of the Year 2010"". Benzinga. 2010-09-27. 2011-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
  11. "Horasis :Global China Business Meeting" (PDF). Horasis.org. 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]