Hotel Castelar — Argentinanın Buenos-Ayres mərkəzinin Montserrat bölgəsinin May prospektinin şimal-qərbi ilə 9 de Julio prospektinin kəsişməsində yerləşən hoteldir.
Exselsior Mehmanxanası kimi 1928-ci ildə açılmışdır. Bina İtalyan memarı Mario Palanti tərəfindən hazırlanıb və yerli mühəndis Yos Pinzone tərəfindən tikilib. İspan şairi və dramaturqu Federiko Qarsa Lorka 1933-cü ilin oktyabrından 1934-cü ilin martına qədər burada qalmışdır. Onun əsəri Bodas de Sangre prospektin yaxınlığındakı Avenida Teatrında nümayiş olunmuşdur;Onun keçmiş otağı muzey kimi qorunub saxlanılıb.[1] Bu yaxınlarda — 6 oktybar 2000-ci ildə hotelin vitse-prezidenti Karlos Alvarez istefa verdikdən sonra Argentinanın prezidenti Fernando de la Rua tərəfindən hotelə yardım mərhələsi başlanmışdır.[2]