Hovavart | |
---|---|
![]() | |
Mənşəyi | |
Ölkə | |
![]() |
Hovavart (alm. Hovawart) — Almaniyaya məxsus orta ölçülü it növü. Adı alman dilindəki "hova" (məhkəmə, həyət, ferma) və "vart" (gözətçi) sözlərindən yaranmışdır, bu da "həyət gözətçisi" və ya "ferma gözətçisi" mənasını verir.[1]
Hovavart əzələli, orta ölçülü və uzun tüklü bir iş itidir. Bədən uzunluğu çiynin hündürlüyünün 110–115%-i arasında dəyişir. Burun köprüsü düzdür və ağız hissəsi kəllə ilə təxminən eyni uzunluqdadır. Üz rəngi qara olmalıdır. Gözlər oval formalıdır və tünd və ya orta qəhvəyi rəngdədir. Qulaqlar üçbucaq formasında və asıq vəziyyətdədir. Ağız xəttinə qədər uzanır. Quyruq topuqlara qədər uzanır, lakin yerə toxunmamalıdır. Uzun tüklər bədənə yaxın uzanır və yalnız az miqdarda alt tük mövcuddur. Sinə, qarın və arxa ayaqlarda tüklər daha uzundur. Hovavartın üç əsas rəng variantı mövcuddur: qara, qara-qızılı və sarı. Erkəklərin boyu 63–70 sm, dişilərin boyu isə 58–65 sm-dir. Bu cins həm iş qabiliyyəti, həm də ailə yoldaşı kimi məşhurdur. Hovavartlar sadiq, zəkalı və qoruyucu təbiətləri ilə tanınır.[1]
Hovavartın populyarlığı orta əsrlərdən sonra azalmağa başladı. Alman çoban iti kimi yeni növlər Hovavartı qoruyucu və iş iti kimi əvəz etdi. 20-ci əsrin əvvəllərinə qədər bu cins demək olar ki, yox olmaq ərəfəsində idi. 1915-ci ildə bir qrup həvəskar, cinsi xilas etmək qərarına gəldi. Bu qrupda zooloq Kurt Fridrix Köniq də var idi. Onlar "Qara meşə" bölgəsindəki fermalarda Hovavart itləri axtarmağa başladılar. König daha sonra bu itləri müxtəlif cinslərlə, o cümlədən Kuvas, Nyufaundlend, Alman çoban iti, Leonberger, Bern zunnenhundu və Afrika ov iti ilə çarpazlaşdıraraq diqqətli bir yetişdirmə proqramına başladı. 1922-ci ildə ilk Hovavart balaları "Almaniya Yetişdirmə Qeydiyyatı"na daxil edildi. 1937-ci ildə Almaniya İtçilik Klubu Hovavartı rəsmi olaraq tanıdı. İkinci Dünya müharibəsi zamanı cinsdən bir çox itlər müharibədə istifadə olundu və həlak oldu. 1945-ci ildə yalnız bir neçə Hovavart qalmışdı. 1947-ci ildə Otto Şram və digər həvəskarlar yeni bir klub qurdular, bu klub bu gün də fəaliyyət göstərir. 1964-cü ildə Almaniya İtçilik Klubu Hovavartı ölkənin yeddinci iş iti kimi tanıdı.[2][3]
Hovavart vacib vitaminlər və minerallarla zəngin yüksək keyfiyyətli it yeməyi ilə qidalanmalıdır. Bu itlər enerjili bir cins olduğu üçün karbohidratları yaxşı həzm edir, lakin seçilən yeməyin yüksək miqdarda ət tərkibinə malik olması onların zülal ehtiyaclarını qarşılamaq üçün vacibdir. Hovavart həm yüksək keyfiyyətli yaş, həm də quru yemək yeyə bilər. Ayrıca, məhdud miqdarda təzə ət verilə bilər. Quru yeməyə ət bulyonu əlavə edərək dadını artırmaq olar.[4]
Hovavart çox sağlam bir itdir və məlum sağlamlıq problemləri azdır. Keçmişdə bu cinsdə diz displaziyası problemi mövcud olsa da, diqqətli yetişdirmə proqramları sayəsində bu problem hal-hazırda çox nadir hallarda müşahidə olunur. Həmçinin, həddindən artıq az fəaliyyətsiz qalan itlərdə qalxanabənzər vəzi hipotiroidizmi görünə bilər, lakin buna nadir hallarda rast gəlinir.[5]