Hoçkeynig dağı | |
---|---|
alm. Hochkönig | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Alp |
Dağ silsiləsi | Berxtesqaden |
Mütləq hündürlüyü | 2941 m |
Nisbi hündürlüyü | 2.181 m |
İlk fəthi | 1826 |
Yerləşməsi | |
47°25′25″ şm. e. 13°03′47″ ş. u.HGYO | |
Ölkə | Avstriya |
Vilayət | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hoçkeynig (alm. Hochkönig) — Avstriyanın Berxetesqaden Aplpları silsiləsində olan ən yüksək zirvə. Zirvə ölkənin Zaltsburq vilayəti ərazisindədir. Silsilə Şimali Əhəngdaşlı Aplarının bir hissəsi hesab olunur.
Hoçkeynig dağı Bişofsxofen şəhərindən qərbdə yerləşir. Zaltsburq şəhərindən isə 42 km cənubda yerləşir. Dağı Berxetesqaden Aplplarından 2246 metr hündürlükdən keçən «Torscharte» dağ aşırımı ayırır. Zirvə böyük əhəng daşı yaylasının cənub ətəyində yerləşir və yayla «Übergossene Alm» adlı buzlaqla örtülüdür. Bu buzlaq müasir dövrdə ildə 6,2 % olmaqla kiçilir. Ehtimal olunur ki, yaxın gələcəkdə tamamilə itəcək[1][2].
Zirvənin əsasən yüksək hissələri bərk daxştayn tipli əhəng daşılarından ibarətdir.
Yerli ovçular qədimdən zirvəyə qalxmış, ancaq zirvəyə ilk "turistik" səfər 5 sentyabr 1826-cı ildə həyata keçirilmiş. Petr Karl Turvizer müasir dövrdə alm. Ochsenkar və alm. Arthurhaus adlanan marşrutla zirvəyə qalxmış. Onu iki nəfər müşayət etmiş: Ernsta fon İoanelli və Fon Saks. Bundan başqa on yük daşıyanda onlarla dağa qalxmış. Ernst İoanelli ilk dəfə zirvənin hündürlüyün hesablamış.[3] Daha çətin və təhlükəli Birgkarhaus (großer Parkplatz) marşrutudur. Bunun üçün xüsusi fiziki hazırlıq tələb edir. Qışda Kogeldən keçən marşrut hissəsində Şərqi Alpların ən uzun xizək sürmə yamacı fəaliyyət göstərir. 2941 metr yüksəklikdə avstriyanın Matrashaus turist klubunun evi yerləşir. Bu ərazidə həmçinin deltaplanerzm və paraplanerizm üçün meydança yerləşir.
Dağ ətəklərində neolit dövründən 1977-ci illərə qədər mis çıxarılmış. Bundan başqa ərazidə keçən əsrin 60-cı illərinə qədər dəmir filizi yataqları fəaliyyət göstərmiş.