Hranuş Xaratyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Հրանուշ Սերգեյի Առաքելյան |
Doğum tarixi | 18 fevral 1952 (72 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | etnoloq, etnoqraf |
Uşağı | 2 |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
Hranuş Xaratyan (erm. Հրանուշ Խառատյան; 18 fevral 1952, Dağ Cəyir, Şamxor rayonu)[1] — Ermənistan etnoqrafı.[2] O, həmçinin Qafqazşünaslıq, azlıq qrupları və ermənişünaslıq üzrə ixtisaslaşmışdır.[1]
Hranuş Xaratyan Azərbaycanın Şəmkir rayonunda, Dağ Cəyir kəndində anadan olmuşdur. O, 1975-ci ildə İrəvan Dövlət Universitetinin (İDU) tarix fakultəsini bitirmişdir.[3] Xaratyan 1979-cu ildə Moskvada Antropologiya və Etnoqrafiya İnstitutunda elmlər namizədi alimlik dərəcəsi almışdır.[1]
Xaratyan 1979–1989-cu illərdə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi işçi kimi çalışmışdır. O, 1989–1992-ci illərdə İDU-nun Etnoqrafiya kafedrasında elmi işçi olmuşdur. Xaratyan 1994–2000-ci illərdə həmin şöbəyə rəhbərlik etmişdir O, 1992–1993-cü illərdə Ermənistanın paytaxtı İrəvan merinin müavini kimi fəaliyyət göstərmişdir.[1] Xaratyan 2004-cü ildə Ermənistan hökumətində Milli Azlıqlar və Dini Məsələlər Şöbəsinin müdiri təyin edilmiş,[4] 2008-ci ildə bu vəzifədən istefa vermişdi.[1] Xaratyan 2012-ci ilin noyabrından "Qurucu Parlament" vətəndaş təşəbbüsünün üzvüdür.[5]
Xaratyan erməni, rus və Azərbaycan dillərini mükəmməl bilir.[1] Ailəlidir, 2 övladı var.[3]