Hun Sen

Hun Sen
khm. ហ៊ុន សែន
Kamboca Krallığının Baş naziri
14 yanvar 1985 – h.h
ƏvvəlkiÇan Sı
Kamboca Krallığının İkinci Baş naziri
24 sentyabr 1993 – 30 noyabr 1988
Kamboca Xalq Partiyasının Prezidenti
25 iyun 2015 – h.h
ƏvvəlkiÇea Sim
Kamboca Krallığının Xarici İşlər Naziri
1988 – 1990
ƏvvəlkiKonq Korm
SonrakıHor Namhonq
10 yanvar 1979 – Dekabr 1986
Əvvəlkiİenq Sari
SonrakıKonq Korm
Kamboca Krallığının Milli Məclisinin üzvü
14 iyun 1993 – h.h
Şəxsi məlumatlar
Doğum adı ហ៊ុន​ ប៊ុន​ណាល់
Doğum tarixi (72 yaş)
Doğum yeri Pim Kaox Sna, Stunq Tranq, Kamponqtyam vilayəti, Fransa Kambocası protektoratı, Fransa Hindçini (indiki Kamboca)
Fəaliyyəti diplomat, siyasətçi
Atası Hun Neanq
Anası Di Yon
Həyat yoldaşı Bun Rani
Uşaqları 5 (Manet, Manit və Mani daxil)
Dini Theravada
Hərbi xidmət
Qoşun növü Qırmızı kxmerlər
Döyüşlər
Rütbəsi mayor, Ordu generalı

İmzanın şəkli
samdechhunsen.gov.kh
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hun Sen (khm. ហ៊ុន សែន; 5 avqust 1952[1]) — 1985-ci ildən etibarən Kambocanın Baş naziri, Kambocanın ən uzun hakimiyyətdə olan hökumət başçısı və dünyanın ən uzun hakimiyyətdə olan liderlərindən biri olan kambocalı siyasətçi.[2]

Hun Bunal adı ilə anadan olub, qırmızı kxmerlərə əsgər kimi qoşulduqdan iki il sonra 1972-ci ildə adını Hun Sen olaraq dəyişdirdi. Kamboca vətəndaş müharibəsində qırmızı kxmerlər tərəfində vuruşdu. 1979–1986-cı illərdə və yenidən 1987–1990-cı illərdə Vyetnam tərəfindən nəzarət edilən hökumətdə Kamboca Xarici İşlər Naziri vəzifəsində çalışıb. 26 yaşında eyni zamanda dünyanın ən gənc xarici işlər naziri adını da qazanmışdı.[3]

Hun Sen 1985-ci ilin yanvarında tək partiyalı Milli Məclisdə 1984-cü ildə vəfat edən Chan Sının yerinə təyin edilməklə Baş nazir vəzifəsinə yüksəldi. 1993-cü ildə BMT-in dəstəklədiyi parlament seçkilərinə qədər vəzifəsini saxladı. Seçkilərdə məğlub olan Sen nəticəni qəbul etməyi rədd etdi və ayrılıqçı hərəkatı təhdid etdi. MBDKKMBC ilə danışıqlardan sonra Norodom Ranarit və Hun Sen koalisiya dağılana və Sen 1997-ci ildə Ranariti devirən çevriliş təşkil edənə qədər eyni zamanda Birinci və İkinci Baş nazir vəzifələrini icra etməyi qəbul etdilər. 1998-ci ildən bəri Hun Sen KXP-ı mübahisəli seçki qələbələrinə apararaq sürətli iqtisadi böyüməyə və inkişafa, eyni zamanda korrupsiya, meşələrin qırılması və insan haqlarının pozulmasına apardı. 2013–2014-cü illərdəki etiraz aksiyalarından sonra 2018-ci ildə müxalifət partiyalarının ləğvindən sonra altıncı müddətə seçildi və KXP Milli Məclisdəki bütün yerli qazandı. Hal-hazırda altıncı müddət Baş nazir vəzifəsini icra edir.[4]

Hun Sen kommunist, marksist-leninist, sərbəst bazar kapitalizmi siyasi ideologiyalarını yürütməsinə baxmayaq, o heç bir ideologiyanı ana xətt olaraq yürütmədiyini deyir. Öz xarici siyasətdə son illərdə kəmər və tol inşaatı planları çərçivəsində Kambocada genişmiqyaslı infrastruktur layihələri və investisiyalar həyata keçirən Çinlə diplomatik və iqtisadi ittifaqı gücləndirdi. Sen KXP-ın vətəndaş azadlıqlarını məhdudlaşdırmasına cavab olaraq Kambocaya edilən xəbərdarlıq və sanksiyalardan sonra tez-tez qərb güclərini tənqid etdi və qonşu TaylandLaosla bir sıra diplomatik mübahisələri gücləndirdi.[5]

"The Sydney Morning Herald" tərəfindən "siyasi rəqiblərini məhv edən hiyləgər operator", eyni zamanda Kambocada son dərəcə mərkəzləşmiş gücə sahib olan, şiddət və korrupsiyada günahlandırılaraq avtoritar lider olaraq xarakterizə edildi.[6]

Hun Sen 5 avqust 1952-ci ildə Kamponqtyam vilayətinin Pim Kaox Sna şəhərində ailənin üçüncü uşağı olaraq Hun Bunal adı ilə anadan olub. Atası Hun Neanq 1940-cı illərdə fransız idarəsinə qoşulmaq və Hun Senin anası Du Yon ilə evləndi. Hun Neanqın ata nənəsi Teoxav Çin geniş torpaqlara sahib idi. Hun Neanq bir neçə hektar ərazi də daxil olmaqla ailə əmlakına miras çaxdı, lakin adam oğurluğuna görə ailə əmlakının müəyyən qismini satmağa məcbur oldu. Hun Nal 13 yaşında ailəsini tərk edərək Pnompendə monastır məktəbinə getdi. O dövrdə adını Hun Sen olaraq dəyişdirdi.[7]

Hun Sen Bun Rani ilə evlidir. 6 övladı var: Kamsot, Manet, Mana, Manit, Mani və Mali. Cütlük 1988-ci ildə bir qız uşağını övladlığa götürdü, lakin lezbiyan olduğu üçün 2007-ci ildə qanuni olaraq ondan imtina etdilər. 2010-cu ildə Manet Kamboca Kral Silahlı Qüvvələrində general-mayor rütbəsinə yüksəldi və Baş nazirin Mühafizəsi qərargahının komandir müavini oldu. Hun Senin üç oğlu hökumətində rol oynayır. Böyük qardaşı Hun Nenq Kamponq Çamın keçmiş qubernatorudur və hal-hazırda parlament üzvüdür. Hun Sen qırmızı kxmerlərlə döyüşərkən Pnompenin mühasirəsi zamanı sol gözündən aldığı zədə səbəbindən görmədə çətinlik çəkir.[8]

Hərbi fəaliyyəti və siyasi fəaliyyətə başlaması

[redaktə | mənbəni redaktə et]

Lon Nol 1970-ci ildə Norodom Sianuku hakimiyyətdən uzaqlaşdırdıqda Sianukun qiyama qoşulmaq üçün təhsilini davam etdirməkdən imtina etdi. Sen o zaman heç bir siyasi fikri və ya ideologiyası olmadığını söyləyir. O zaman, əxsiyyətini gizlətmək üçün adını yenidən Hun Samraç olaraq dəyişdirdi. İki il sonra Hun Samraç adının qeyri-münasib olduğunu və bu ada sahib olduğu dövrdə bir neçə dəfə yaralandığını söyləyərək adını Hun Sen olaraq yenidən dəyişdirdi. Sen hərbi fəaliyyətində sürətlə yüksəldi, Pnompenin mühasirəsi zamanı döyüşdü, yaralanaraq bir müddət xəstəxanada qaldı və qalıcı göz zədəsi aldı.[8]

Sen Demokratik Kampuçiyada Şərq bölgəsində bölük komandiri olaraq çalışdı, orada o, təxminən 2.000 əsgərin üzərində səlahiyyət sahibi ido. "Human Rights Watch" 1975-ci ilin sentyabr-oktyabr aylarında Çam müsəlmanları ilə mövcud iğtişaşları yatırmaq üçün təşkil edilmiş soyqırımda rolu ola biləcəyini irəli sürdü, lakin Sen o zaman yalnız mərkəzi hakimiyyətin əmrlərini yerinə yetirdiyini deyərək bunu inkar etdi. Sen 1975–1977-ci illər ərzində ideologiyasında qırmızı kxmerlərlə müəyyən fikir ayrılığının olduğunu da söylədi.[9]

1977-ci ildə qırmızı kxmer rejiminin daxili təmizləmələri zamanı Hun Sen və tabor heyəti Vyetnama qaçdı. Vyetnamın Kambocanı işğal etməyə hazırlaşdığı Kamboca-Vyetnam müharibəsi zamanı Hun Sen Vyetnam idarəsində olan üsyançı ordunun liderlərindən biri oldu. Qırmızı kxmer rejiminin məğlubiyyətindən sonra Hun Sen 1979-cu ildə 26 yaşında Vyetnam tərəfindən qurulan Kampuçya Xalq Respublikası/Kamboca Dövlətinin Baş nazirinin müavini və Xarici İşlər Naziri vəzifəsinə təyin edildi. K5 Planında iştirak edib-etməməsi bəlli olmasa da, barrikadalar və minalamada mülki işçilərdən istifadədə təqsirkar göstərildi.[9]

İkinci Baş nazir fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hun Sen 1985-ci ilin yanvarında tək partiyalı Milli Məclisin onu 1984-cü ildə vəfat edən Çan Sının yerinə təyin etməsi ilə Baş nazir vəzifəsinə yüksəldi. Kambocanın faktiki lideri olaraq 1985-ci ildə sədr seçildi. Sen bu müddət ərzində davam edən bir sıra qiyamlara qarşı mübarizə apardı.[9]

1987-ci ildə "Amnesty International" Hun Sen hökumətini elektrik vurma, isti ütü və plastik torbalarla siyasi məhbusları qətlə yetirməkdə günahlandırdı.[10]

Paris Sülh Danışıqları və BMTKKİ

[redaktə | mənbəni redaktə et]

Xarici İşlər Naziri və daha sonra Baş nazir olaraq Hun Sen 1991-ci ildə Kambocada sülhün vasitəçiliyi və rəsmi olaraq Kamboca-Vyetnam müharibəsinə son qoyulmuş Paris Sülh Danışıqlarında yer aldı.

1993-cü ildə BMT-in maliyyələşdirdiyi seçkilərə qədər Birləşmiş Millətlər Təşkilatının Kambocadakı Keçid İdarəsi dövründə Baş nazir vəzifəsini icra etdi və nəticədə müxalifət partiyaları parlamentdə yer çoxluğu qazandı. Hun Sen və partiyası nəticəni rəsmi olaraq rədd etdilər. Ordu və polis daxil olmaqla bir çox dövlət aparatının dəstəyi ilə Hun Sen və onun müavini Norodom Çakraponq yeddi əyalətin ayrılmasına rəhbərlik etməkdə günahlandırıldılar və KXP-ın dəstəklədiyi qüvvələr BMT-ə və müxalifət qüvvələrinə qarşı şiddət tətbiq etdi, nəticədə Sen ayrılıqçı siyasətindən imtina etdi. Nəticədə isə Birinci Baş nazir Norodom Ranarit ilə İkinci Baş nazir vəzifəsini icra edən Hun Sen güc bölgüsü müqaviləsi imzaladılar.[11]

Həmsədrlik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1994-cü ildən 1997-ci ilədək BMT Baş katibinin Kambocadakı nümayəndəsi Benni Vidono Ranaritin Hun Sendən vəzifəcə böyük olmasına baxmayaraq daha az icra hakimiyyətinə sahib olduğunu müşahidə etdi. Ranarit öncə Hun Senlə çalışmaq istəmirdi, lakin qısa müddətdə sədrlər 1996-cı ilin əvvəlinə qədər qəbul edilən əksər siyasət qərarları qəbul edərək yaxın iş əlaqəsi qurdular. 1993-cü ilin avqust ayında Kamboca hələ müvəqqəti hökumətin rəhbərliyi altında olarkən Ranarit və Hun Sen ölkənin Frankofoniyaya üzv qəbul edilməsi üçün birlikdə müraciət etdilər. Müraciət Kamboca Texnologiya İnstitutunda tələbələr arasında fransız dilinin tədris dili olaraq ingilis dilini əvəz etməsi ilə mübahisələrə səbəb oldu. Buna cavab olaraq Ranarit tələbələri eyni vaxtda həm ingilis, həm də fransız dilini öyrənməyə təşviq etdi.[12]

Ranaritlə münaqişəsi

[redaktə | mənbəni redaktə et]

1996-cı ilin yanvarından etibarən Ranaritlə Hun Sen arasındakı münasibətlərdə gərginlik yarandı. Hun Sen 7 yanvar tarixini milli bayram olaraq Pnompenin Vyetnam qüvvələri tərəfindən qırmızı kxmerlərdən azad edilməsinin ildönümü olaraq qəbul etmək barəsində qərar imzaladı. Ranarit isə qərarın ayrı-ayrılıqda qəbul edilməsinə öz narazılığını bildirdi.

1996-cı ilin fevralında Ranarit Arhanla 1995-ci ilin yanvarında müqavilə imzaladığı Sianukvildəki kurort-qumarxana kompleksinin tikintisində dəfələrlə gecikmələrdən narahatlığını dilə gətirdi. 1996-cı il aprel ayının sonunda hökumət tənzimləmə işlərinə nəzarət etmək və inkişafı asanlaşdırmaq üçün Sianukvildə inkişaf idarəsi qurdu. 1996-cı ilin may ayındakı konfransda Ranarit KXP-ın nəzarətində olan nazirliklərin Ariston layihəsinin təsdiqlənməsini başa çatdırmaq üçün lazım olan sənədləri qəsdən təxirə saldığını iddia etdi.[13]

1997-ci il dövlət çevrilişi

[redaktə | mənbəni redaktə et]

1997-ci ildə Ranarit və Hun Sen arasındakı gərginlik səbəbiylə koalisiya qeyri-sabit hala gəldi. Belə bir inkişaf royalistlər ilə KXP arasındakı hərbi güc tarazlığını dəyişdirmiş oldu.

Buna cavab olaraq Hun Sen 1997-ci il çevrilişini başlatdı, Ranariti Birinci Baş nazir olaraq Unq Hautla əvəzlədi və İkinci Baş nazir vəzifəsini tutmağa davam etdi.

"Amnesty International" açıq məktubda Sen kabineti nazirlərinin təşkil etdiyi edamları və siyasi rəqiblərin "sistematik həbs və təzyiq kampaniyasını" qınadı. O zaman Baş katibin Kambocadakı İnsan Haqları üzrə Xüsusi Nümayəndəsi olan Tomas Hammarberq çevrilişi şiddətlə qınadı.[9]

Baş nazir fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1998-ci il seçkilərində KXP-ı qələbəyə aparıb MBDKKM ilə koalisiya qurdu.

2003-cü il Pnompen qiyamı zamanı Anqkor Vatın Taylanda aid olduğunu iddia edən taylandlı aktrisasının şərhlərindən sonra Taylandın Kambocadakı səfirliyinə hücum təşkil edildi. Sen Tayland mallarını və televiziya şoularını boykot etməyə çağırış etdi və qiyamın baş tutmasından öncə aktrisanı tənqid etdi. İğtişaşlar və Senin cavabı Kamboca-Tayland münasibətlərinə ciddi ziyan vurdu. Senin taylandlı həmkarı Taksin Çinnavat sərhədləri bağladı, Kamboca səfirini qovdu və cavab olaraq Kamboca hökuməti Tayland vətəndaşlarını Pnompendən çıxardı. Şahidlərin ordu və polisin səfirlik məhv edilənə qədər müdaxilə etmədiyini iddia etdiyi xəbərlərdən sonra Taksin Hun Senə xəbərdarlıq göndərdi. Sem Reynsi Seni qiyamı şiddətləndirməkdə günahlandırdı.[14]

2003-cü ilin iyulunda təşkil edilmiş seçkiləri MBDKKM-ın KXP və Sem Reynsinin partiyasına uduzması və KXP-ın Milli Məclisində daha çox kreslo qazanması ilə nəticələndi. KXP-ın əksər mandatı KXP-ın vahid hökumət qurması üçün konstitusiyaya görə tələb olunan üçdə ikidən az səs topladı idi. Bu çıxılmaz vəziyyət 2004-cü ilin ortalarında Norodom Ranaritin Milli Məclisin sədri seçilməsi və Hun Senin vahid Baş nazir olması ilə KXP-MBDKKM koalisiyası qurulduqda aradan qaldırıldı.

2008–2013-cü illərdə Kamboca-Tayland sərhəd mübahisəsi davam edən münaqişə halında idi və bu da bir neçə dəfə Kamboca və Tayland qüvvələri arasında döyüşlərə səbəb olmuşdur. Sen və Taylandın Baş naziri Aphisit Vetçaçiva ASEAN-ın atdığı addımlar sayəsində bir neçə dəfə gərginliyin azaldılması barədə danışıqlar apardılar. Kambocaya 2013-cü ildə BMT məhkəməsi tərəfindən Preahvihear bölgəsi üzərində suverenlik verildi və mübahisəyə son qoyuldu.[15]

6 may 2013-cü il tarixində Hun Sen 74 yaşına qədər Kambocanı idarə etmək niyyətində olduğunu bildirdi.[16]

2013-2014-cü il etiraz aksiyaları

[redaktə | mənbəni redaktə et]

2013-cü ilin iyulunda təşkil edilmiş ümumi seçkilərindən sonra həm Hun Sen, həm də müxalif partiyası olan Kamboca Milli Xilasetmə Partiyası qələbə qazandığını iddia etdilər. Avqust ayında Hun Sen yeni hökumət qurmaq istədiyini açıqladı. ABŞ, Kanada və digər ölkələrdə yaşayan kambocalılar yüzlərlə buddist rahibələrlə birlikdə 19 avqustda Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatının qarşısında Hun Senin hərbi və təhlükəsizlik qüvvələrini Pnompendə yerləşdirməsinə, bölüşdürmə aparmaq istəməməsinə qarşı etiraz etdilər.[17]

2013-cü ilin sentyabr ayında Pnompendə etiraz aksiyaları zamanı bir nəfər öldü, yaralananlar oldu. İki həftəlik müxalifət etirazlarından sonra Hun Sen konstitusiya ilə seçildiyini, istefa etməyəcəyini və yeni seçki keçirməyəcəyini bildirdi.[18]

7 sentyabr 2013-cü ildə on minlərlə kambocalı buddist rahibələr və Sem Reynsinin Kamboca Milli Xilasetmə Partiyası da daxil olmaqla müxalifət qrupları ilə birlikdə 28 iyul seçkilərinin nəticələrinə etiraz olaraq Pnompendə kütləvi nümayişlər təşkil etdilər. Qruplar Birləşmiş Millətlər Təşkilatının seçki nəticələrini araşdırmasını istədi və seçki nəticələrinin ədalətli olmadığını iddia etdilər.[19]

3 yanvar 2014-cü il tarixində polis etirazçılara atəş açaraq 4 nəfəri öldürdü, 20-dən çox şəxsi yaraladı. Birləşmiş Millətlər Təşkilatı və ABŞ Dövlət Departamenti şiddəti qınadı. ABŞ konqresmeni Ed Roys Kambocadakı zorakılıq hadisələrinə Hun Senin istefa etməsini tələb edərək, Kamboca xalqının daha yaxşı liderə layiq olduğunu söylədi.[20]

Hakimiyyətinin konsolidasiyası

[redaktə | mənbəni redaktə et]

10 iyun 2014-cü ildə Hun Sen ictimaiyyət qarşısına çıxdı və səhhətində problem olmadığını söylədi. Vəfatı ilə ölkənin nəzarətdən çıxacağını və müxalifətin silahlı qüvvələri idarə edə bilməyəcəyini deyərək orduya nəzarət edə biləcək yeganə şəxs olduğunu söylədi.[21]

2016-cı ilin noyabr ayında Hun Sen prezident seçilmiş respublikaçı Prezident Donald Trampı açıq şəkildə dəstəklədi.[22]

Hun Senin əmrlərindən sonra 31 yanvar 2017-ci il tarixdə Milli Məclis yekdilliklə müxalifət partiyasının təsirini azaltmaq üçün azlıq lider və mütləq lider vəzifələrinin ləğvi üçün səsvermə təşkil etdi. 2 fevral 2017-ci ildə Hun Sen müxalifətə bəzi hökumət nazirlərini dindirməsini qadağan etdi. Hun Sen daha sonra müxalif Kamboca Milli Xilasetmə Partiyasının ləğv olunmasını tələb edən konstitusiya düzəlişini etdi. Bu hərəkət müxalifət lideri Sem Reynsinin gözlənilməz istefasına səbəb oldu. Mübahisəli qanun hakim partiyaya siyasi partiyaları ləğv etmək hüququ verdi və 20 fevral 2017-ci ildə qəbul edildi. Müxalifət lideri Kem Soxa daha sonra ölkəyə xəyanətə görə həbs olundu.[23]

30 iyun 2018-ci ildə parlament seçkilərindən bir neçə həftə öncə Hun Sen ikinci oğlu Hun Maneni yüksək hərbi vəzifəyə təyin etdi. Bəzi analitiklər Manetin Senin vəzifəsinə gələcək namizəd ola biləcəyini təxmin etdilər. Hun Sen ölkəni ən azı 2028-ci ilə qədər idarə etmək niyyətində olsa da, oğlunun seçkilər keçirilmədən Baş nazir ola biləcəyini təsdiqlədi. 2018,-ci il seçkiləri müxalifət partiyasını ləğv etdi. Bu seçkilər beynəlxalq ictimaiyyət tərəfindən saxta seçkilər olaraq qəbul edildi.

Hun Sen 2019-cu ilin noyabrında Sem Reynsi və Mu Soçua da daxil olmaqla sürgündəki Kamboca Milli Xilasetmə Partiyası liderlərinin Kambocaya dönməsinin qarşısını aldı. Hərbçilərə geri qayıdacaqları təqdirdə onları öldürmələri əmrini verdi, hava yollarını onları daşıyacaqları təqdirdə həmin şirkətlərin Kambocaya uçuşunu qadağan etməsi ilə hədələdi, Tayland və Vyetnam sərhədlərinə minlərlə əsgər göndərdi və digər ASEAN liderlərindən onları tutmağı və Kambocaya sürgün etmələrini tələb etdi.[24]

2020-ci ildə Avropa Birliyi Hun Sen hökumətini insan haqları pozuntularına görə qınadı və Kamboca ilə olan bütün ticari əlaqələrini dondurdu. Sen bu addımı Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi də daxil olmaqla onları "qərəzli" və "haqsız" olaraq tənqid etdi.[25]

COVID-19 pandemiyasının ilk mərhələlərində Hun Sen virus riskini azaltdı və Kamboca vətəndaşlarının Uhan şəhərindən çıxarılmasından imtina etdi. Bunu Kambocanın ən yaxın diplomatik və iqtisadi müttəfiqlərindən biri olan Çinlə həmrəylik nümayiş etdirmək istəyi olaraq açıqladı. Hun Sen epidemiya zamanı Çin və Vuhanı xüsusi karantin rejimi zamanı ziyarət etdi. 2020-ci ilin fevralında mətbuat konfransı zamanı medianı virusu aşırı dərəcədə "yaymasına" görə tənqid etdi və maskalı şəxsləri ölkədən qovmaqla təhdid etdi. Hun Sen Vesterdam gəmisinin digər ölkələrdən rədd cavabı almasından sonra Sianukvildə yerləşməsi üçün sərnişinləri qarşılamaqda hazır olduğunu açıqladı. Kamboca 2020-ci ilin mart ayından etibarən pandemiyanın dünya miqyasında yayılması ilə əlaqədar profilaktik tədbirlər və səyahət məhdudiyyətlərini tətbiq etməyə başladı.[26]

COVID-19-a cavab tədbiri olaraq hazırlanmış yeni Fövqəladə Hal Qanunu Hun Senə hərəkət və toplaşmağı məhdudlaşdırmaq, xüsusi mülkiyyəti ələ keçirmək və karantin tətbiq etmək üçün əlavə səlahiyyətlər verdi. Yeni qanun "Amnesty International" tərəfindən insan haqlarına yönəldiyinə görə tənqid edildi.[27]

Korrupsiya və torpaq məsələləri

[redaktə | mənbəni redaktə et]

Hun Sen və ailəsinin 2016-cı ildə "Global Witness" tərəfindən 500 milyon ilə 1 milyard ABŞ dolları arasında sərvətə sahib olduğu iddia edildi, onunla yanaşı bir sıra partiya üzvlərinin də adı bu siyahıda çəkildi.[28]

Hun Sen hökuməti 2007–2008-ci illərdə Kamboca ərazisinin 45%-i xarici sərmayəçilərə icarəyə verməklə 150.000-dən çox kambocalını evindən didərgin salmaqda ittiham edildi. Qoruq, milli park meşələrin qurulmasında təqsirkar bilindi. 2015-ci ildən etibarən Kamboca dünyanın ən yüksək meşə sahəsi itkisinə gedən ölkələrdən biri oldu. Torpaq satışları müşahidəçilər tərəfindən hökumətdəki korrupsiya halları olaraq qəbul edildi və minlərlə vətəndaşın zorla evindən çıxarılması sübuta yetirildi.[29]

Hun Sen Kamboca haqqında "Global Witness"-ə 2009-cu ildə verdiyi hesabatında Kambocanın neft və mineral ehtiyatlarının şəxsi mənfəətinə gəlir gətirməsini inkar etdi. O və müttəfiqləri ölkə sərvətini istismar edərək şəxsi gəlirlərini artırmaqda ittiham edildi. Bu ittihamın hökumət rəsmiləri və Baş nazir Hun Senin özü tərəfindən inkar edildi.[30]

İnsan haqlarının pozulması

[redaktə | mənbəni redaktə et]

Sen və KXP 1997-ci il çevrilişi zamanı edamlar təşkil etməkdə günahlandırıldı.[31]

Hun Sen tez-tez ictimai hadisələr zamanı siyasi rəqiblərinə qarşı şiddətli nitqlər verir və bunu Kambocada barışıq və sabitliyi qorumaq üçün lazımli olaraq xarakterizə edir. 2017-ci ildə qırmızı kxmerlərdən qaçması səbəbilə anım mərasimində 100 ilə 200 arası insanı öldürmək fikrində olduğunu bildirdi. 2019-cu ildə müxalifət partiyası liderləri ölkəyə qayıtmağa hazırlaşarkən Sen Pnompendə lisey şagirdləri üçün buraxılış mərasimində "müxtəlif adamlarını gördükləri zaman onları öldürməyi" tapşırdı.[32]

Hun Senin Kamboca Xalq Partiyası xalq toplaşmalarına qadağalar qoymuş, müxalifət tərəfdarlarını Azadlıq Parkından qovmuş, nümayişçiləri döymüş və müxalifət liderlərini həbs etmək üçün bölgələrə hərbi polisləri yerləşdirdi.[33]

Qaret Evans və Culian Hill Sen və onun hökumətini insan haqları mövzusunda son dərəcə tənqid etdilər və Avstraliya hökumətindən Avstraliya-Kamboca münasibətlərində sərtləşmə tələb etdilər.[34]

İctimaiyyətdə yeri

[redaktə | mənbəni redaktə et]

Hun Senin əsas dəstək bazası kənd yerlərində yaşayan və əkinçilik sektorunda çalışan əhalidir. Pnompendə və digər şəhər mərkəzlərində onun dəstəkçisi azdır.[35]

Hun Sen rəhbərliyi müxtəlif təşkilatlardan, mediadan və xarici hökumətlərdən korrupsiya, kronizm, ətraf mühitin məhvi, insan haqları pozuntuları və şiddətə görə tənqidlər aldı. Hun Sen və hökuməti bir zamanlar Sinqapurun keçmiş Baş naziri Li Kuan Yu tərəfindən "insani hissləri olmayan amansız" olaraq xarakterizə edilmişdi.[36]

İddia edilən Vyetnam əlaqələri

[redaktə | mənbəni redaktə et]

Hun Senin bir sıra siyasi rəqibləri onu Vyetnamla əlaqələri olduğu üçün tənqid etdilər. Norodom Sianuk onu "vietnamlıların tək gözlü qulu" adlandırdı, Sem Reynsi və Kamboca Milli Xilasetmə Partiyasının üzvləri daha sonra 2010-cu illərdə oxşar fikirləri səsləndirdilər. Bu, onun Vyetnam tərəfindən işğal olunmuş hökumətdəki mövqeyindən və Kamboca Xalq İnqilab Partiyasındakı nüfuzundan qaynaqlanır. Kambocada anti-Vietnam əhval-ruhiyyəsi və irqçilik yayğındır.[37]

Medianı idarə etməsi

[redaktə | mənbəni redaktə et]

BMTKKİ dövründə və sonra Kambocanın nisbətən müstəqil mətbuata sahib olmasına baxmayaraq Hun Sen və KXP Kambocadakı mediaya ciddi nəzarət etməyə başladı. 2017-ci ildə kambocalıları sosial media əvəzinə ənənəvi informasiya vasitələrindən istifadəyə çağırdı.[38]

Televiziya, radio və qəzet

[redaktə | mənbəni redaktə et]

Bayon Televiziyası Hun Senin böyük qızı Hun Mana məxsusdur və onun tərəfindən idarə olunur. Apsara TV KXP Ətraf Mühit Naziri Sey Sem El və KXP katibi Sey Çumun oğlu, KXP Baş nazir Köməkçisi Sok Ana məxsusdur. CTN, CNC və MyTV kxmer-çinlı Kit Menqə məxsusdur.[39]

KXP səlahiyyətliləri televiziyalarla dövlət arasında heç bir əlaqə olmadığını iddia edirlər. KXP millət vəkili və sözçüsü Çam Yip bir dəfə "Bu televiziyada uğurlarımızı göstərmək üçün yayım saatlarını satın alırıq" nitqini verdi.[40]

Televiziya və radio lisenziyası tələbi 2013-cü ilin oktyabrında Kamboca Milli Xilasetmə Partiyasının Xalq Konqresində qəbul etdiyi 10 müxalifət tələbindən biri idi.[41]

Radio stansiyalarının "Amerikanın səsi" və Azad Asiya Radiosunun yayımını 2017-ci ilin avqust ayından etibarən yayımlamasını qadağan edildi. Ölkənin ən tanınmış müstəqil qəzeti olan "Kamboca Daily" ana müxalifət lideri Kem Soxanın xəyanətə görə həbs olunmasından bir gün sonra, 4 sentyabr 2017-ci il tarixində bağlanıldı. Digər populyar müstəqil qəzet olan "Phnom Penh Post" 2018-ci ildə Hun Sen ilə əlaqələri olan malayziyalı investora satıldı, bu da müstəqilliyini şübhə altına aldı və hökumətə aid olduğunu ortaya çıxartdı.[42]

Facebookinternet 2010-cu illərdə Kambocada geniş istifadədə idi. Bu inkişafın Kamboca Milli Xilasetmə Partiyası sayəsində mümkün olduğu düşünülür.[38]

2010-cu illərin ortalarında Hun Sen və Kamboca Xalq Partiyası Facebook istifadəçiləri oldular. Hun Sen 2016-cı ilin fevralında elektron hökumət portalı yaradacağını və milyonlarla izləyicisinə müntəzəm olaraq çıxışlar, açıqlamalar və selfilər göndərəcəyini, eyni zamanda müəyyən sosial problemləri canlı yayımlar zamanı həll etməyə çalışacağını söylədi. 2017-ci ildə Hun Senin rəsmi səhifəsi dünya liderlərinin ən çox bəyənilən səkkizinci Facebook səhifəsi oldu və 2020-ci ilin dekabr ayı etibarilə Kamboçada ən çox bəyənilən Facebook səhifəsi olaraq qalır.[43]

Facebook-un fəaliyyəti səlahiyyətlilər tərəfindən izlənir, hökumətin və Baş nazirin Facebook-dakı tənqidləri ölkədə həbslərə səbəb olub. Hun Sen Facebook-a açıq paltarda şəkillər yerləşdirən qadınları bunun "mədəniyyət və ənənələrin pozulması" olaraq qiymətləndirdiyini deyərək cinsi təcavüzə apardığını söylədi. "Amnesty International" bu çıxışı "qurbanı günahlandırmaq" kimi xarakterizə edərək, qadınlara qarşı şiddəti dəstəkləməkdə onu tənqid etdi.[44]

  1. Hun Sen // Brockhauz Ensiklopediyası (alm.).
  2. "Arxivlənmiş surət". 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
  3. https://en.m.wikipedia.org/wiki/Special:BookSources/978-0-300-19072-4
  4. "Arxivlənmiş surət". 2019-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
  5. "Arxivlənmiş surət". 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
  6. "Arxivlənmiş surət". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
  7. "Arxivlənmiş surət". 2021-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
  8. 1 2 "Arxivlənmiş surət". 2018-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
  9. 1 2 3 4 "Arxivlənmiş surət". 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
  10. "Arxivlənmiş surət". 2014-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  11. "Arxivlənmiş surət". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  12. "Arxivlənmiş surət". 2015-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  13. "Arxivlənmiş surət". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  14. "Arxivlənmiş surət". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  15. "Arxivlənmiş surət". 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  16. "Arxivlənmiş surət". 2014-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  17. "Arxivlənmiş surət". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  18. "Arxivlənmiş surət". 2019-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  19. "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  20. "Arxivlənmiş surət". 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  21. "Arxivlənmiş surət". 2014-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  22. "Arxivlənmiş surət". 2017-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  23. "Arxivlənmiş surət". 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  24. "Arxivlənmiş surət". 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  25. "Arxivlənmiş surət". 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  26. "Arxivlənmiş surət". 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  27. "Arxivlənmiş surət". 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  28. "Arxivlənmiş surət". 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  29. "Arxivlənmiş surət". 2013-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  30. "Arxivlənmiş surət". 2009-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  31. "Arxivlənmiş surət". 2014-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  32. "Arxivlənmiş surət". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  33. "Arxivlənmiş surət". 2017-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  34. "Arxivlənmiş surət". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  35. "Arxivlənmiş surət". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  36. "Arxivlənmiş surət". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  37. "Arxivlənmiş surət". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  38. 1 2 "Arxivlənmiş surət". 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  39. "Arxivlənmiş surət". 2017-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  40. "Arxivlənmiş surət". 2017-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  41. "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  42. "Arxivlənmiş surət". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  43. "Arxivlənmiş surət". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  44. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]