Hvar | |
---|---|
xorv. Hvar | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 299,66 km² |
Hündür nöqtəsi | 628 m |
Əhalisi | 11 103 nəfər |
Yerləşməsi | |
43°09′05″ şm. e. 16°39′25″ ş. u.HGYO | |
Ölkə | Xorvatiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hvar (xorv. Hvar, it. Lesina, lat. Pharia, yun. Χβαρ) — Xorvatiyaya məxsus ada. Ada Adratik dənizində, ölkənin cənub akvatoriyasında, Dalmatya sahillərində yerləşir. Ada yaxınlığında eyni adlı şəhər var. Ada öz adını yunan mənşəli Faros (Φάρος) (mayak) sözündən götürmüşdür.
Adanın sahəsi — 299,66 km², uzunluğu — 68 km, eni — 10,5 km, sahil xəttinin uzunluğu — 254,2 km-dir. Adanın əhalisi — 11 103 nəfərdir (2001)[1]. Hvar adası əsasən mezozoy yaşlı əhəndaşı və dolomit süxurlarından ibarətdir. Adanın şərq qurtaracağı materikdən 6 km məsafədə yerləşir.
Ən böyük yaşayış məntəqəsi — Hvar şəhəridir (əhalisi — 4138), Yelsa (3672) və Stari Qrad (2817). Hvar şəhəri adanın cənub-qərb hissəsində yerləşir[2]. Hvar Adriatik dənizinin ən günəşli adası hesab olunur. İlin 349 günü günəşli olur[3]. Adanın iqlimi mülayim olub qışı yumşaq, yayı isə isti keçir. Turistləri əsas cəlb edir — xidmət, balıqçılıq və üzümçülük. Hvar adasında lavanda becərilir və son vaxtlar adanın simvoluna çevrilib.
Ada qədim zamanlardan məskunlaşıb.Adadan tapılan arxeoloji tapıntılara əsasən «hvar mədəniyyəti» termini yaradılmışdər. Tarixçilərin fikrinə görə mədəniyyət təxminən 3-4-cü minilliyə aiddir. Mis-bürünc dövründə hvar mədəniyyəti şimaldan gələn illiriya mədəniyəti ilə assimiliyasiya olmuşdur.
E.ə 385-ci ildə adada yunanların Faros koloniyası yaradılmışdır[4]. E.ə III əsrdə Hvar adası İlliriya ilə birlikdə Roma imperiyasının nəzarətinə keçmişdir.
VIII əsrdə adaya, eləcə də bütün dalmasiya sahillərinə slavyan tayfaları gəldilər. 1147-ci ildə Hvar adası venesiyalıların nəzarətinə keçdi.
1918-1921-ci illərdə ada İtaliya tərəfində işğal olunmuşdur. Sonralar ada Yuqoslaviyanın ərazisinə aid olmuş və 1990-cı ildən Xorvatiyanın ərazisi hesab olunur.