Hündür ardıc

Hündür ardıc
Elmi təsnifat
Beynəlxalq elmi adı

Hündür ardıc (lat. Juniperus excelsa) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.

Qara dəniz sahillərində, Krasnodar vilayətində, Krımda, Balkanda və Kiçik Asiyada yayılmışdır. Dəniz səviyyəsindən 360-400 m-ə qədər hündürlükdə dağ yamaclarında bitir. Toxumla çoxalır, palıdla, ardıcların digər növləri ilə birlikdə meşə qruplaşmalrında bitir. Toxumvermə bir ildən sonra müşahidə edilir. 600 ilə qədər yaşayır. 1941-1943-cü illərin hərbi hərəkatları, ardıc meşələrinin sistemsiz qırılması əkinlərə böyük ziyan vurmuşdur. Bundan əlavə 1951-1957-ci illərin quraqlıqları, zərərverici və xəstəliklərin kütləvi yayılması meşələrin vəziyyətinə mənfi təsir göstərmişdir. Hazırda Şimal-Qərbi Qafqazın hündür ardıc meşələrinin vəziyyəti acınacaqlıdır. Ağacların ayrıca və qruplarla əkilməsinin azalması müşahidə edilir. Əhəngdaşlı torpaqlarda yerləşən ardıc meşələri çox zəifdir. Bütün ardıc meşələri I qrupa aiddir. Növün yüksək dekorativ, qiymətli texniki dərman və landşaft bitkisi kimi tamamilə mühafizəsi vacibdir. Hündür ardıc meşələrində qoruqların yaradılması, onların ərazisində tikinti, yolların salınması, dağ-mədən işlərinin aparılması qadağan olunmalıdır. Pozulmuş sistemlərin bərpası üçün xüsusi meşə təsərrüfatı tədbirləri aparmaq lazımdır. Bu növə Bakı şəhərindəki park və bağlarda rast gəlinir.