Hüseyn Sadağiani

Hüseyn Sadağiani
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Salmas, Qacar imperiyası
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Tehran
Vətəndaşlığı İran İran
Mövqeyi Hücumçu
Karyerası
Gənclik karyerası
Türkiyə Fənərbaxça PFK
Avstriya Rapid Vyana FK
Klub karyerası[* 1]
1924—1925 İran Firdovsi
1929—1930 Belçika CS Marchienne-Monceau
1930—1934 Belçika Charleroi 64 (34)
1934—1935 Türkiyə Fənərbaxça PFK
1935—1936 Belçika Moignelée
1936—1937 Belçika R.R.C. Peruvelz
1937—1939 İran Tufan
Milli yığma[* 2]
1926 İran Tehran klublarının yığması 4
Məşqçisi olduğu klublar
1941—1951 İran İran milli futbol komandası
1945—1964 İran Tehran Universitetinin futbol komandası

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hüseyn Sadağiani və ya Dr. Əmir Hüseyn Sadağiani (1 yanvar 1903, Təbriz1 dekabr 1982, Tehran) - azərbaycan əsilli İran futbolçusu və futbol məşqçisi. Hücumçu olmuş və kareyerasını bitirdikdən sonra 1941-ci ildən 1950-ci ilə qədər İran milli futbol komandasının baş məşqçisi olmuşdur.[1]

1903-cü ilin yanvar ayının 1-də Salmas şəhərində anadan olmuşdur. İran futbol tarixinin ən məşhur şəxslərindən hesab edilir. Kareyerası boyunca hücumçu kimi çıxış etmişdir.

1 dekabr 1982-ci ildə Tehran şəhərində vəfat etmişdir.

Klub kareyerası

[redaktə | mənbəni redaktə et]

Dr. Sadağiani İranın Avropa liqalarında oynayan ilk oyunçusudur. O, Fənərbaxça PFKRapid Vyana klublarında çıxış etmişdir. İrana geri döndükdən sonra Məşhəddə "Firdovsi" klubunu yaratmışdır. Lakin bir ildən sonra Tehrana geri döndüyünə görə bu klubun ömrü qısa olmuşdur.[1]

26 yaşı olarkən Belçikaya təhsil almağa getmişdir. 1929-cu ildə Université du travail de Charleroi-ə qəbul olmuşdur. Burada təhsil alarkən əyalətin ikinci divizionunda çıxış edən CS Marchienne-Monceau klubunda çıxış etmişdir. Burada özünü sübut etdikdən sonra Belçikanın ikinci divizionunda (1930-1932) və üçüncü divizionunda (1932-1933) R. Charleroi SC klubunda çıxış etmişdir.[2]

1930-cu illərdə saçının tökülməsindən sonra ona vallonlar tərəfindən "Panne de verre" ləqəbi verilmişdi. Bu ləqəb Belçiakda keçəllər üçün işlədilən ifadədir.

Charleroidən sonra o, Türkiyəyə köçdü və bir il Fənərbaxça PFK-da oynadı. Sonra yenidən Belçikaya qayıtdı və Belçikanın III və IV divizionlarında çıxışdı.[2] Belçikadan sonra İrana köçdü və kareyerasını 1939-cu ildə Tehranın "Tufan" komandasında sonlandırdı.

Milli komanda kareyerası

[redaktə | mənbəni redaktə et]

Dr. Sadağiani heç vaxt İran milli komandasında oynammamışdır. Çünki İranın futbol üzrə yığma komandası 1941-ci ildə qurulmuşdu, bu zaman isə Sadağiani artıq futbolçu kareyeasını bitirmişdi. lakin 1926-cı ildə Tehranın furbol komandaları Bakıya səfər etmişdi. Ora daxil olan oyunçular içində Sadağiani də var idi. burada keçirilən 4 oyunda İran yığması 3 dəfə məğlub olmuş, bir dəfə isə heç-heçə etmişdi. 4 oyunun hər birində də Sadağiani iştirak etmişdi.

  1. 1 2 "گزارشى از زندگى اولین لژیونر فوتبال ایران" (farsca). article.tebyan.net. 11 iyun 2019 tarixində arxivləşdirilib.
  2. 1 2 "Asian Players in Europe 1900-1960" (ingiliscə). www.rsssf.com. 11 iyun 2019 tarixində arxivləşdirilib.