Həmişəyaşıl murdarça

Həmişəyaşıl murdarça
Elmi təsnifat
Beynəlxalq elmi adı

Həmişəyaşıl murdarça (lat. Rhamnus alaternus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Aralıq dənizyanı ölkələrində, Balkanda və Kiçik Asiyada təbii halda yayılıb.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m-ə çatan qollu-budaqlı həmişəyaşıl koldur. Zoğları qırmızımtıl və ya tünd-yaşıl rəngdədir. Yarpaqlarının uzunluğu 2-6 sm, eni 1-3 sm, üstdən tünd-yaşıl, altdan açıq-yaşıldır, yan damarları 3-4 cütdür. Çiçəkləri beş üzvlüdür, zəngvari, sarımtıl-yaşıl rəngli, ikievli, sadə və ya zəif şaxələnmiş qısa saplaqlı çiçək qrupunda yerləşir. Meyvəsi üç çəyirdəkli, az ətlidir, əvvəl qırmızı, yetişdikdə isə qara rəngli olur. Mart-aprel aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.

Rütubət sevən bitkidir. Soyuğa və küləyə davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz və Kür-Araz ovalığında təbii halda rast gəlinir.

Azərbaycanda yaşıllaşdırma məqsədilə park və bağlarda becərilir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 193.