Həndbol | |
---|---|
Xüsusiyyətləri | |
Tipi | komanda oyunu |
Cinsiyyətə görə | kişi, qadın |
Vikianbarda əlaqəli mediafayllar |
Həndbol ('ing. handball; hand — əl, ball — top) və ya əltopu[1] — əllə oynanılan idman oyunu.
Handball adlandırılan bu idman növü XIX əsrin sonlarında Hollandiyada yaranmışdır. Çox qısa vaxt ərzində həndbol maraqlı və emosional idman növü kimi bütün dünyaya yayıldı.
Bir komandanın 6-sı sahə, 1-i qapıda olan 7 oyunçu ilə iki komanda oynadığı bir idman növüdür.
Oyun müddəti 30 dəqiqəlik iki dövrədən ibarətdir. İlk illərində böyük stadionlarda 11 nəfər ibarət komandalar halında oynanan həndbol, 1950-ci illərdən sonra bir salon idmanı olmuş və açıq sahədə həndbol gedərək məşhurluğunu itirərək itmişdir.
İndiki vaxtda Həndbol, xüsusilə Avropa qitəsində böyük diqqəti cəlb etməkdədir. İspaniyada ASOBAL Liga, Almaniyada Handball Bundesliga, İsveçdə Handbol ElitSerien, Danimarkada TDC Ligaen idmanın ən yuxarı səviyyədə oynandığı yerli liqalar olaraq xarakterizə edilməkdədir.
Müasir həndbolda dünya və olimpiada çempionluğunu Avropa Qitəsi xaricinə çıxara bilən tək komanda Koreya olmuşdur. Həm kişilərdə, həm də qadınlarda Asiya qitəsinin ən yaxşısı olan Koreyalılar, Avropanın nəhəngləri İsveç, Almaniya, İspaniya, Rusiya, Danimarka, Norveç və Fransaya baş ağrısı vermişdi.
Afrikada futboldan sonra ən çox diqqəti cəlb edən ikinci komanda idmanı olan həndbol, son illərdə Quru Qitədə böyük irəlləyiş etmişdir. Misirdə 1999-da təşkil edilən Dünya Kişilər Həndbol Çempiyonanatında ev sahibi ölkə 4-cü olarkən, 2005-ci ildə də Tunis öz ölkəsindəki çempiyonanatda ilk dördə girmə müvəffəqiyyəti göstərmişdir.
Sahə içi paylanma (Mövqelər)
Dünyada ən böyükhesablı həndbol qələbəsi 21 sentyabr 2014-cü ildə Yaponiya - Maldiv adaları (79:0) oyununda baş vermişdir.[2]
Həndbol stadionunun ölçüləri 40×20 m, qapısının ölçüləri isə 2×3 m-dir.