Hərbi kamuflyaj — Silahlı qüvvələr tərəfindən şəxsi heyətin və texnikanın düşmən qüvvələrinin müşahidəsindən mühafizə edilməsi məqsədilə istifadə edilən kamuflyajdır[1][2]. Hərbi yanıltmanın növlərindən biri olub, hərbi taktikalarda tez-tez istifadə olunur[3]. Praktiki olaraq nəqliyyat vasitələri, gəmilər, təyyarələr, silah mövqeləri və döyüş geyimləri daxil olmaq şərti ilə bütün növ hərbi texnikalara rəng və materialların tətbiqi deməkdir[4]. Hava döyüş texnikalarını, gəmiləri, sualtı qayıqları, raketləri, peykləri və ümumiyyətlə orduya məxsus olan bütün təchizatın düşmənə daha az görünən olması üçün xüsusi olaraq Stels texnologiyaları yaradılmışdır.