Həssan ibn Sabit | |
---|---|
Doğum tarixi | 554 |
Doğum yeri | |
Vəfat tarixi | 674[1] |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | şair |
Həssan ibn Sabit (554, Mədinə – 674[1], Mədinə, ərəb. حسان بن ثابت Ḥəssan b. S̱abit) — Ərəb şairi, Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Ona “Rəsulullahın şairi” ləqəbi verilmişdir.
Tam adı Həssan ibn Sabit ibn əl-Münzir ibn əl-Xəzrəci əl-Ənsari (حسان بن ثابت بن المنذر الخزرجي الأنصاري)dir. Mədinədə doğulmuş, Xəzrəc qəbiləsindən olmuşdur. Təxminən 60 yaşında İslamı qəbul etmişdir. İslamı qəbul etdikdən sonra Məhəmməd peyğəmbərdən ayrılmamışdır.
O, şairlik istedadına malik olub, Məhəmmədin və müsəlmanların şərəfinə şeirlər yazmışdır. Səhhəti pis olduğu üçün döyüşlərdə iştirak etməsə də, şeirləri ilə müsəlman döyüşçülərin ruhunu yüksəldir. O, müxtəlif mübahisələrdə iştirak etmiş, şeirləri ilə müsəlmanlara ideoloji dəstək vermişdir.
Həssan Məhəmməd peyğəmbərin cariyəsi Mariyə əl-Qibtiyyə bacısı olan Sirinlə evlənmişdir[2]. Sirin və Həsən xoşbəxt həyat sürmüşdür. Onların atasının şairlik yolunu davam etdirən Əbdürrəhman ibn Həssan adlı bir oğulları olmuşdur[3].
O, təxminən 120 yaşında vəfat etmişdir.