Həsən Mehdi oğlu Seyidbəyli (22 dekabr1920, Bakı – 25 iyun1980, Bakı) — Azərbaycan nasiri, kinodramaturq, kinorejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1946), Azərbaycan SSR xalq artisti (1976).[1][2]
Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. Burada 132 saylı şəhər orta məkətbini bitirmişdir.[2] Həsən Mehdi oğlu Seyidbəyli 1938–1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943–1951-ci illərdə MoskvadaÜmumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır.[3] "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963–1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. "Kür sahillərində" (1953), "Bizim Astrada" (1956), "Telefonçu qız" (1960) povestləri, "Cəbhədən-cəbhəyə" (1961), "İllər keçir" (1973, İ. Qasımovla birgə), "Tərsanə" (1975), "Çiçək" (1978) romanları, "Dəniz cəsurları sevir" (1954), "Sən nə üçün yaşayırsan" (1959, hər ikisi İ. Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. "Uzaq sahillərdə" (1954, İ. Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M. Hüseynzadəyə həsr olunmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir.
↑Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
↑Film Fondunda rejissor Həsən Seyidbəylinin şəxsi arxivi yaradılıb //525-ci qəzet.- 2011.- 9 fevral.- S. 7.
"Bolqar jurnalı yazır…" //Ədəbiyyat və incəsənət.- 1964.
Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
Əhədoğlu, Y. "Belə bir ada da var" //Ədəbiyyat və incəsənət.- 1964.- 27 iyun.
Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 383.
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.