Həsən Şeyx Mahmud

Həsən Şeyx Mahmud
ərəb. حسن شيخ محمود
Vəzifədədir
15 may 2022-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 29 noyabr 1955(1955-11-29)[1] (69 yaş)
Doğum yeri Somali
Fəaliyyəti siyasətçi, mühəndis, müəllim

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həsən Şeyx Mohamud, ( Somali: Xasan Sheekh Maxamuud - ərəb: الشيخ حسن محمود ‎, 29 noyabr 1955-ci ildə anadan olub) Somali Respublikasının prezidenti, dövlət xadimi və alimi. 2012-ci ildən 2017-ci ilədək və daha sonra 2022-ci ildən etibarən Somali Respublikasının prezidenti vəzifəsini icra etmişdir.[2]

Həsən Şeyx Mahmud, 1955-ci ildə Somali Respublikasının Calalaqsi şəhərində anadan olmuşdur. O, əvvəlcə Somali Milli Universitetində təhsil almış və 1981-ci ildə burada bakalavr dərəcəsi əldə etmişdir. Daha sonra Hindistanın Bhopal Universitetində təhsilini davam etdirərək texniki təlim üzrə magistr dərəcəsi qazanmışdır. Somalidə təhsilini başa vurduqdan sonra, Həsən Şeyx Mahmud Lafole Texniki Məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. 1984-cü ildən etibarən Somali İdarəetmə və İdarəçilik İnstitutunun dekanı olmuşdur.

Həsən Şeyx Mahmudun siyasi fəaliyyətinin başlanğıcı 2011-ci ilə təsadüf edir. Bu il, o, Sülh və İnkişaf Partiyasını (PDP) qurmuş və partiyanın prezidenti seçilmişdir. 2012-ci ilin sentyabr ayında Somali Federal Parlamentinin seçkiləri nəticəsində Həsən Şeyx Mahmud Somali Respublikasının prezidenti seçilmişdir.

Ailəlidir və 7 övladı var. Somaliingilis dillərində danışa bilir.[3]

2013-cü ilin aprelində o, Time jurnalının illik siyahısında dünyanın 100 ən nüfuzlu adamından biri seçildi.

  1. Hassan Sheikh Mohamud // Munzinger Personen (alm.).
  2. "Somali: Yeni Cumhurbaşkanı Belli Oldu". TRT Haber. 19 Eylül 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 Eylül 2012.
  3. "HASSAN SHEIKH MOHAMUD (1955- )". blackpast.org. 21 Mayıs 2022. 26 Haziran 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Temmuz 2024.