III Əhməd çeşməsi — İstanbulda Topqapı sarayının giriş qapısı ilə Ayasofya arasında Nevşəhərli Kürəkən İbrahim Paşanın təklifi ilə III Əhməd tərəfindən Perayton adlı bir Bizans çeşməsinin yerinə inşa etdirilən çeşmə Osmanlı memarlığının şah əsəridir. Türk rokoko üslubunun ən gözəl nümunələrindən biri olan çeşmə 1728-ci ildə inşa edilmişdir. Memar Əhməd Ağa tərəfindən inşa edilmişdir.
Çeşmənin künclərində yumşadılmış kənarları düzbucaqlı plandadır. Künclərində fəvvarələr olan çeşmə taxta saçaqlı bir dam ilə örtülmüşdür. Kənardan görünə bilən qübbələr yalnız görünüş üçün hazırlanmışdır. Üstündə muqarnas kəmər və üstündə çini kəməri var. Bu çinilərə həm klassik motiflər, həm də lalə və akantus yarpaqları kimi Avropa motifləri daxildir. Vazadaki çiçək motivləri qərbləşmə ilə Osmanlı bəzəklərində görünməyə başladı. III Əhməd kitabxanasında da bu çeşmədə olanlara bənzər bəzək əşyaları var.
Sultan III Əhmədin "Nəcib" təxəllüsü ilə bəzi mənzumələri vardır. Dərin sənət zövqünə sahib Sultan III Əhməd xan tanınan bir şair və mükəmməl bir xəttat idi. Babi-hemayunun qarşısında tikdirdiyi çeşmənin yazısı ilə Drağman caminin qapısı üzərindəki kitabə III Əhmədin öz yazısıdır. Müqəddəs Kitabımız Qurani-Kərimi öz əllərilə yazan Sultan III Əhməd tikdirdiyi Sultanəhməd çeşməsinə bir şeirini şəxsən öz əllərilə yazıb. Bundan əlavə, onun Ayasofya camisinə asılmış gözəl lövhələri də vardır[1].