III Baqrat | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 sentyabr 1495 |
Vəfat tarixi | 1565 |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Ailəsi | Baqrationi |
|
|
![]() |
|
![]() |
III Baqrat (gürc. ბაგრატ III; 23 sentyabr 1495 – 1565) — Baqrationilər sülaləsindən olan İmeretiya çarı. Çar II Aleksandrın və Tamarın oğlu.[1] Hökmdarlıq dövrü 1510–1565-ci illəri əhatə edir.
III Baqrat 1510-cu ilin aprelində atası II Aleksandrın ölümündən sonra taxta çıxmışdır.[2]
Baqrat hakimiyyətinin ilk dövrlərində kiçik qardaşı Vaxtanqın müqaviməti ilə üzləşməli oldu.[3] Vaxtanq 1512-ci ildə qonşu Kartli çarlığına sığındı. III Baqrat Kartliyə daxil oldu və qardaşı Vaxtanq üzərində qələbə qazandı.[4]
Həmçinin həmin dövrlərdə III Baqrat qonşu Kartli çarlığının daxili işlərinə də müdaxilə edirdi. O, Kartlidə hakimiyyətə I Luarsabın gəlməsinə kömək etdi. Dəstək müqabilində I Luarsab ona Kartlinin Əli, Surami, Axaldaba yaşayış məntəqələrinin daxil olduğu ölkənin qərb hissəsini verdi.
III Baqratın hakimiyyəti dövründəki əsas problemlərdən biri də Osmanlı hücumları idi. III Baqrat Mamiya Dadiyani və Mamiya Quriyeli adlı knyazlar ilə müttəfiq olaraq Osmanlıya tabe olan Cik qəbiləsinin ərazisinə yürüş etdi. Lakin bu yürüş məğlubiyyətlə nəticələndi. Osmanlılar tərəfindən Mamiya Dadiyani öldürüldü, Mamiya Quriyeli isə əsir alındı.
Daha sonra III Baqrat Osmanlıların nəzarət etdiyi Samstxe bölgəsini ələ keçirməyə cəhd etdi. 1535-ci ildə yürüşə başlayan III Baqrat Samstxe bölgəsini ələ keçirdi.[5] Lakin bəzi əyanlar Samstxenin III Baqrat tərəfindən tutulmasından narahat idilər və bu səbəbdən Osmanlı hökmdarı I Süleymana müraciət etdilər.
III Baqrat Osmanlılarla toqquşmanın qaçılmaz olduğunu başa düşdüyündən, 1541-ci ildə Səfəvi hökmdarı I Təhmasib ilə ittifaqa girdi.[6]
Osmanlılar 1543-cü ildə İmereti çarlığına yürüş təşkil etəsələr də, III Baqrat və knyaz Quriyelinin birləşmiş ordusu tərəfindən məğlub edildilər.
1545-ci ildə Osmanlılar tərəfindən yeni yürüş təşkil edildi. III Baqrat Osmanlılara qarşı kürəkəni Kartli çarı I Luarsabdan kömək istədi. Lakin I Luarsabın ordusu Basiyani yaxınlığında Osmanlılar tərəfindən məğlub edildi. Osmanlılar qalib gəlsələr də irəliləməyə davam etmədilər.
Bu dövrdə Odişi və Quriya bölgələri İmeretiya krallığından ayrıldılar və müstəqil hakimiyyət sürməyə başladılar.
1555-ci ildə Osmanlılar və Səfəvilər arasında Amasiya sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə görə Qərbi Gürcüstandakı İmereti və Kartli bölgələri Osmanlıların tabeliyinə verildi.
III Baqrat 1565-ci ildə vəfatı etdi.[7] Ondan sonra hakimiyyətə böyük oğlu II Georgi gəldi.