III Lüdovik | |
---|---|
fr. Louis III | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 863 |
Vəfat tarixi | 5 avqust 882 |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Atası | II Kəkələyən Lüdovik |
Ailəsi | Karolinqlər sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
III Lüdovik (lat. Ludovicus III, fr. Louis III; 863 – 5 avqust 882) — 879–882-ci illərdə Qərbi Frank krallığının hökmdarı. O, Karolinq sülaləsindəndir. Lüdovik II Kəkələyən Lüdovik və Burqundiyalı Ansqardanın böyük oğlu olmuşdur.
Lüdovik atasının yerinə keçmiş və qardaşı II Karloman ilə Qərbi Frank krallığını idarə etmişdir. Lüdovik paytaxt Paris də daxil olmaqla dövlətin şimal hissəsinə, Karloman isə cənub hissəsinə nəzarət edirdi. O, vəfat etdikdən sonra Qərbi Frank krallığının qalan hissəsini qardaşına buraxmışdır. Onun qısamüddətli hakimiyyəti hərbi uğurları ilə tanınır. Odur ki, Lüdovik 881-ci ilin avqustunda vikinqləri məğlub etmişdi.[1]