III Lüdviq (Bavariya kralı)

III Lüdviq
Ludwig III
5 Noyabr 1913 – 13 Noyabr 1918
Baş nazirGeorq fon Hertlinq
Otto Ritter fon Dandl
ƏvvəlkiOtto
SonrakıMonarxiya ləğv edildi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Münhen, Bavariya krallığı
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Şarvar, Macarıstan krallığı
Dəfn yeri Münhen kafedralı, Bavariya, Almaniya
Təhsili
Fəaliyyəti hərbi qulluqçu
Atası Şahzadə Luitpold
Anası Avqusta Ferdinanda
Həyat yoldaşı Mariya Tereza
Ailəsi Vittelsbax sülaləsi
Dini Roma-Katolik kilsəsi
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general-feldmarşal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

III Lüdviq (alm. Ludwig III‎) — Bavariya krallığının son monarxı. 7 yanvar 1845 – 18 oktyabr 1921-ci illərdə Bavariya kralı olmuşdur. Əvvəlcə Bavariya ordusunda leytenant kimi xidmət etmiş və Avstriya-Prussiya müharibəsi zamanı oberleytenant rütbəsini almışdı. 18 yaşında Bavariya qanunverici orqanının üzvü olmaqla siyasətə qədəm qoyub və seçki islahatlarını dəstəkləyərək siyasətin fəal iştirakçısı olub. Daha sonra o, 1912-ci ildən 1913-cü ilə qədər qəyyum və faktiki dövlət başçısı vəzifəsində çalışmış, xəstə olan əmisi oğlu Ottonun əvəzinə dövləti idarə etmişdir. Bavariya parlamenti ona bunu etməyə icazə verən qanunu qəbul etdikdən sonra Lüdviq Ottonu taxtdan saldı və taxta özü oturdu. O, I Dünya Müharibəsi zamanı Bavariyaya rəhbərlik edirdi.

1918-ci il Alman İnqilabından sonra Almaniya İmperiyası dağıldı və Veymar Respublikası yaradıldı. Bu inqilab nəticəsində Alman əyalətlərinin digər monarxiyaları ilə birlikdə Bavariya taxt-tacı ləğv edildi və Vittelsbaxların Bavariya üzərindəki 738 illik hakimiyyətinə son qoyuldu. Sui-qəsdin qurbanı ola biləcəyindən qorxan Lüdviq Macarıstana, Lixtenşteynə, sonra isə İsveçrəyə qaçır. 1920-ci ildə Bavariyaya qayıtdı və Vildenvart qəsrində yaşadı. Lüdviq qısa müddət sonra Macarıstanın Şarvar şəhərindəki malikanəsində qalarkən vəfat etdi.

Lüdviq 1868-ci ildə

Lüdviq 7 yanvar 1845-ci ildə Münhendə, Bavariya şahzadəsi Luitpold və onun həyat yoldaşı, arxhersoqinya Avqusta Ferdinandanın böyük oğlu olaraq anadan olub. Florensiyadan olan Avqusta dörd övladı ilə həmişə italyanca danışırdı. Lüdviq öz xaç atası və babası Bavariya kralı I Lüdviqin şərəfinə adlandırılmışdır. Onun Leopold (1846-1930), Tereza (1850-1925) və Arnulf (1852-1907) adlı bacı-qardaşları da vardı. Lüdviq ilk illərini Münhen sarayının otaqlarında və Vittelsbaxer sarayında keçirib. 1852-ci ildən 1863-cü ilə qədər o, Ferdinand von Malezin tərəfindən böyüdülmüşdür. Onun on yaşı olanda ailə Leyxtenberq sarayına köçdü.

Hərbi xidməti və evliliyi

[redaktə | mənbəni redaktə et]

16 yaşlı Lüdviq hərbi karyerasına 1861-ci ildə əmisi Bavariya kralı II Maksimilian tərəfindən 6-cı Yegerbatalyonda leytenant rütbəsi ilə başladı. Bir il sonra o, Münhenin Lüdviq Maksimilian Universitetinə daxil olur və burada hüquq və iqtisadiyyat üzrə təhsil alır. 18 yaşı olanda o, kral sülaləsinin şahzadəsi kimi avtomatik olaraq Bavariya Qanunverici orqanı olan Senatın üzvü oldu. 1866-cı ildə Avstriya-Prussiya müharibəsində Bavariya Avstriya İmperiyası ilə müttəfiq oldu. Lüdviq bu vaxt oberleytenant rütbəsinə sahib idi. 25 iyul 1866-cı ildəki Helmştadt döyüşündə budundan yaralanması Lüdviqin daha sonra orduya daha çox meylli olmasına səbəb olub.

1867-ci ilin iyununda Lüdviq bibisiqızı Avstriya arxhersoqinyası Matildanın dəfn mərasimində iştirak etmək üçün Vyanaya səfər etdi. Orada olarkən Lüdviq 18 yaşlı Avstriya-Este arxhersoqinyası, mərhum arxhersoq Ferdinand Karl Viktorun (1821-1849) yeganə qızı Mariya Tereza və onun həyat yoldaşı Elizabet Franziska ilə tanış oldu. Evlənmək istəyini irəli sürən Lüdviqə Mariyanın dayısı Modena hersoqu V Françesko etiraz etdi. Buna səbəb Lüdviqin əmisi Ottonun Yunanıstan kralı olması və Lüdviqin gələcəkdə kral olduğu təqdirdə Katolik inancından əl çəkməsi ehtimalı idi. O, evlilik müqaviləsinin bir hissəsi olaraq Lüdviqdən Yunanıstan taxt-tacı hüququndan imtina etməsini və övladlarının katolik kimi yetişdirilməsini təmin etməyi tələb etdi. Burada evliliyə qərar verən cütlük 20 fevral 1868-ci ildə Vyanadakı Müqəddəs Avqustin kilsəsində evləndilər.

İctimai-iqtisadi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

23 iyun 1863-cü ildən imperiya şuraları palatasının (Bavariya Reyxsratı) üzvü idi. 1870-ci ildə o, Noyabr müqavilələrini qəbul etməyə səs verdi və ölkənin Şimali Alman İttifaqına daxil olmasına razı oldu. 1871-ci ildə tarixdə keçirilmiş ilk Reyxstaq seçkilərində Yuxarı Bavariya 2-ci seçki dairəsində Bavariya Vətənpərvərlər Partiyasından uğursuz namizəd oldu.

Daha sonra 1875-ci ildə Lüdviq Leutstetten qəsrini satın aldı və onu kənd təsərrüfatı nümunəsi malikanəsinə çevirdi. Lüdviq əmlakı və əlaqədar torpaq sahəsini aldıqdan sonra sonrakı onilliklərdə daha geniş ərazilər aldı və beləliklə, ilkin əmlakını demək olar ki, ikiqat artırdı. Meşələrin üstünlük təşkil etməsinə baxmayaraq, meşə təsərrüfatı onun ən böyük iqtisadi sahəsi deyildi. Təsərrüfatda müxtəlif tövlələrdə 158 baş südlük inək var idi, gigiyena, qulluq və baytarlıq nəzarətinə ciddi diqqət yetirilirdi. Onlar həmçinin yulaf və çovdar yetişdirirdilər və kiçik, lakin əhəmiyyətsiz olmayan damazlıq at cinsinə sahib idilər. Lüdviq uzun illər ərzində Bavariya Kənd Təsərrüfatı Assosiasiyasının məclisinin bir hissəsi idi, tez-tez çıxışlarında və mühazirələrində yeni tapıntılarını izah edirdi. Atası kimi Lüdviq ova getməyi xoşlayırdı, tez-tez at bazarlarında və at yarışlarında iştirak edirdi. 1891-ci ildə onun təşəbbüsü ilə Bavariya Kanalı Cəmiyyəti yaradıldı. 1896-cı ildə Lüdviq Bavariya Elmlər Akademiyasının fəxri üzvü təyin edildi. Lüdviq həmçinin Alman Muzeyinin ilk dəstəkçilərindən olub.[1]

Bavariya qəyyumluğu

[redaktə | mənbəni redaktə et]

12 dekabr 1912-ci ildə Lüdviqin atası Luitpold vəfat etdi. Luitpold qardaşı oğlu Kral II Lüdviqin devrilməsində fəal iştirak etmiş və digər qardaşı oğlu Kral Otto üçün qəyyum kimi fəaliyyət göstərmişdir. Otto nominal olaraq 1886-cı ildən kral olmasına baxmayaraq, 1883-cü ildən həkim nəzarəti altında idi və onun heç vaxt aktiv şəkildə hökmranlıq edə bilməyəcəyi çoxdan başa düşülürdü. Bu halda Lüdviq dərhal atasının yerinə qəyyum oldu.[2]

Demək olar ki, dərhal mətbuatın müəyyən ünsürləri və cəmiyyətin digər qrupları Lüdviqin özünü taxt-taca oturtmağa çağırdılar. Bununla belə, Bavariya Senatı hazırda iclasda deyildi və 29 sentyabr 1913-cü il tarixinə qədər iclas keçirmədi. Mərkəz fraksiyası bu qanun dəyişikliyini dəstəkləmirdi.[3] Mövzu 1913-cü ilin oktyabrında yenidən qaldırıldı və 4 noyabr 1913-cü ildə Senat Bavariya konstitusiyasına yeni əlavə etmək qərarına gəldi - əgər qeyri-sabitlik səbəbi ilə bir qəyyumluq on müddət davam edərsə, qəyyum qəyyumluğun sona çatdığını elan edə bilər və qanunverici orqan tərəfindən təsdiqlənərək taxt-tacı özü götürə bilər. Dəyişiklik Aşağı Palatada geniş partiya dəstəyi qazandı, burada 122 lehinə, 27 əleyhinə səs verdi. Senatda düzəlişin əleyhinə cəmi altı səs vardı. Növbəti gün, 5 noyabr 1913-cü ildə Lüdviq regensiyanın sona çatdığını elan etdi, əmisi oğlunu taxtdan saldı və III Lüdviq kimi öz hökmranlığını elan etdi.[4] Qanunverici orqan bu hərəkəti lazımi qaydada ratifikasiya etdi və Lüdviq noyabrın 8-də and içdi.

Tacqoyma mərasimi 12 noyabr 1913-cü ildə, Münhen kafedralında keçirildi. Daha sonra kral 1914-cü ilin yanvarı üçün Münhen və Berlindən diplomatik korpus üçün görüşlər və şam yeməyi təyin etdi. Bu isə II Vilhelmin xoşuna gəlmirdi, çünki Bavariyanın xarici siyasətdə müstəqillik meyllərini təmsil edirdi.[5]

Atası kimi liberal olan Lüdviq də dövləti öz nazirlərinin idarə etməsinə imkan verirdi. Onun dövründə sosial məsələ ən aktual siyasi problemlərdən biri idi. 1913-cü ildə Bavariya hökuməti işsizlərə dövlət dəstəyi planları hazırladı, lakin bu, senatda uğursuz oldu. Buna reaksiya kimi isə 1914-cü ilin əvvəlində bütün Bavariyada etiraz aksiyaları oldu. Lüdviqin qısa hakimiyyəti zamanı katolisizmə güclü meylləri vardı. Siyasi ideologiya cəhətdən mərkəzə yaxın idi. Mühafizəkar siyasəti müdafiə etmiş və Papa XIII Lev tərəfindən yazılmış Katolik ensiklikaRerum Novarumdan təsirlənmişdi. Papalığın təsdiqi ilə 14 may 1916-cı ildə Münhendə "Patrona Bavariae" dini bayramının əsasını qoydu və sonrakı illərdə bu bayram bütün Bavariya yeparxiyalarında qeyd olundu. Bundan əlavə, Lüdviq Lüdviq-Dunay-Main kanalının genişləndirilməsini fəal şəkildə dəstəklədi.

Lüdviq Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinandı Münhendə dövlət qonağı kimi qəbul etmişdi. 28 iyun 1914-cü ildə Vürtsburqda Aşağı Frankoniyanın Bavariyanın tərkibinə keçməsinin 100 illik yubileyini qeyd edərkən kral Lüdviq vəliəhdin Sarayevoda sui-qəsd nəticəsində öldürülməsi barədə teleqram almışdı. Lakin Nazirlər Şurasının iyulun 15-də keçirilən iclasında Balkanlardakı vəziyyət müzakirə edilməmişdi. Vürtemberq Baş Naziri Karl fon Vayzseker kiçik federal əyalətlər üçün ortaq mövqe tapmaq üçün Bundesrat komitəsini çağırmağı təklif etdikdə, Münhenlilər bu təklifdən imtina etdilər. Buna baxmayaraq, Bavariyanın Berlindəki nümayəndəsi qraf Lerxenfeldin əlində artıq geniş hesabatlar var idi. İyulun 28-də Avstriya imperatoru Frans İosif Serbiya Krallığına müharibə elan edəndə kral Münhendə deyil, Leutstetten malikanəsində idi.

1914-cü ildə I Dünya Müharibəsi başlayanda Lüdviq Bavariyanın həmrəyliyini ifadə etmək üçün Berlinə rəsmi bəyannamə göndərdi. Müharibə vəziyyətinin elan edilməsi ilə Bavariyanın hərbi müstəqilliyi də əsaslı şəkildə dəyişdi. Əvvəllər Bavariya kralına and içmiş ordu indi Almaniya imperatoruna tabe idi. Bununla belə, bunun üçün Bavariya kralı tərəfindən rəsmi hərbi səfərbərlik elan edilməsi tələb olunurdu. Vilhelmdən bir gün sonra, 1 avqust 1914-cü ildə III Lüdviq Münhenə getdi və saat 19:30-da Vittelsbaxer sarayının eyvanından kraliçanın yanında səfərbərliyi elan etdi.[6]

Müharibə dövrü

[redaktə | mənbəni redaktə et]

Müharibənin başlanmasından bir neçə gün sonra Lüdviq müharibə nəticəsində Bavariyanın ərazisinin genişlənməsini gözlədiyini bildirdi. Müharibə dövründə Vilhelmə göndərdiyi tələblərdə Lüdviq hətta Bavariyanın dənizə çıxış əldə etməsi üçün Elzas bölgəsini, hətta Belçika kraliçası Elizabetin də qohumu olmağa baxmayaraq Belçikanın Antverpen şəhərinin ilhaq edilməsini istəyirdi. 6 iyun 1915-ci ildə Reyn çayının okeana birləşdirilməsini istəyən bəyanatlarla çıxış etmişdi. Lüdviq 1916-cı ildə Antverpen xəyalından əl çəksə də Elzasa iddia etməkdə davam edirdi.[7] Onun yeni ərazi iddiaları ilə bağlı gizli gündəmi qələbədən sonra Almaniya İmperiyası daxilində Prussiya və Bavariya arasında güc balansını saxlamaq idi. Bundan əlavə, Bavariya ən yüksək səviyyədə və bütün resursları ilə müharibəyə cəlb olunmuşdu. Lüdviqin oğlu, Bavariya vəliəhdi Ruprext qərb cəbhəsindəki komandirlərdən biri idi; Lüdviqin qardaşı Leopold isə şərqdə baş komandanlıq edirdi.

29 avqust 1916-cı ildə Almaniya hərbi qərargahının rəhbəri Erix fon Falkenhaynın Erix LudendorfPaul fon Hindenburq tərəfindən əvəz edilməsi nəticəsində Lüdviq Bavariya Müharibə Nazirliyi və Bavariya iqtisadiyyatı ilə bağlı siyasətində dəyişiklik etdi: 31 avqust 1916-cı ildə İqtisadi gücü artırmaq üçün kəskin tədbirlərə çağıran Hindenburq proqramı elan edildi. Hindenburq və Ludendorf tərəfindən qurulan bu proqram ölkəni hərbi diktaturaya çevirdi. Kral xüsusilə Ludendorfa nifrət edirdi.[8] Mərkəzi hakimiyyətin bu şəkildə güclənməsi artıq krallıqların siyasi fəaliyyət qabiliyyətinin hədsiz dərəcədə zəifləməsi ilə müşayiət olunurdu.

1917-ci ildə Birinci Dünya Müharibəsi gedişatında Almaniyanın vəziyyəti getdikcə pisləşəndə 11 noyabr 1917-ci il Georq fon Hertlinq Almaniya kansleri və Prussiyanın baş naziri, Otto Ritter fon Dandl isə Krallıq və Xarici İşlər Naziri və Nazirlər Şurasının sədri təyin edildi. Prussiyaya kor-koranə sədaqət göstərməkdə günahlandırılan Lüdviqin müharibə zamanı getdikcə populyarlığı azaldı. 1916-cı ilin iyununda qida rasionunun çatışmazlığı səbəbindən 1918-ci ilə qədər davam edən bir sıra aclıq etirazlarının ilki başladı. Cəbhədə döyüşənlərin mənfi xəbərləri əhval-ruhiyyəni pisləşdirdi. Ərzaq çatışmazlığı zamanı fermerlər və şəhər əhalisi arasında yanan münaqişə dövlət parlamentindəki partiyalar arasında da mübarizəni gücləndirdi və 1916-cı ilin dekabrında nazirlərin istefalarına səbəb oldu. 1918-ci il yanvarın 28-də müharibəyə qarşı ilk etiraz da elə Bavariyada baş verdi. 31 yanvar 1918-ci ildə Münhendəki Terezienvieze meydanında 8000 nəfər müharibə əleyhinə yürüş keçirdi. Müharibə gedişatında Lüdviq çoxsaylı qalaları hərbi xəstəxanalara çevirdi və qurbanlar və sağ qalanlar üçün böyük məbləğdə xeyriyyə işləri gördü.

1918-ci il avqustun 15-də Almaniyanın qərbdəki hücumu nəhayət uğursuzluğa düçar olduqdan sonra Dandl hökuməti Bavariya Nazirlər Şurası imperiya rəhbərliyini danışıqlar yolu ilə sülh əldə etməyə çağırdı. Bavariya vəliəhdi də sülhü dəstəkləyirdi. İndi hətta Lüdviq də ilk dəfə sülh danışıqlarının tərəfdarı idi.[9] Əhalinin vəziyyəti nə qədər pisləşdisə, bir o qədər də günahı “yuxarıda” axtarmağa başladılar. III Lüdviq artıq sülh prosesinə maneə kimi görünürdü, çünki o, hətta müharibənin ilk illərində də öz xeyrinə yönümlü siyasət aparmışdı. Müharibə zamanı Lüdviq bütün cəbhələrdəki qoşunlarını digər hökmdarlardan daha çox ziyarət edirdi.

Oktyabrın sonunda Bavariya hökuməti II Vilhelmin taxtdan getməsinin lehinə səs verdi. Reyxskansler knyaz Maks fon Baden daha sonra Lüdviqdən taxta çıxmağını istədikcə, kral səssiz qaldı.[10] Bu vaxt, Habsburq monarxiyası dağılmış və müharibədən kənarda qalmışdı, indi Bavariyanın cənub sərhədi təhdid altında idi. Bu da Bavariya qoşunlarının qərb cəbhəsindən geri çəkilməsindən sonra nəhayət, Lüdviqin oğlu Fransın fəaliyyət dairəsini təhlükə altında qoyurdu. Nə kral, nə də hökumət Bavariya üçün ayrıca bir sülh ideyasını qəbul etmədi.

Müharibə sona yaxınlaşarkən Bavariyada Alman İnqilabı başladı. Artıq 1917-ci ilin sentyabrından müzakirə olunan, 1918-ci il noyabrın 2-də kral hökuməti ilə bütün parlament qrupları arasında razılaşma ilə geniş konstitusiya islahatı quruldu ki, bu da digər məsələlərlə yanaşı, proporsional sistemin tətbiqini nəzərdə tuturdu. Lüdviq III, həmin gün dövlətin konstitusiyalı monarxiyaya çevrilməsini təsdiqlədi. İlk dəfə 1918-ci il noyabrın 3-də Alman Sosial Demokrat Partiyasının təşəbbüsü ilə minlərlə adam sülh üçün Terezienvieze meydanında etiraz etmək üçün toplaşdı və həbs olunan liderlərinin azad edilməsini tələb etdi.

Hakimiyyətdən devrilməsi

[redaktə | mənbəni redaktə et]

Əhalinin uzun müddət davam edən narazılığına baxmayaraq, kral etirazları tamamilə hazırlıqsız qarşıladı. Onun inqilabın baş verdiyini noyabrın 7-də İngilis bağında gündəlik günorta gəzintisi zamanı yoldan keçən birindən eşitdiyi deyilir. İqamətgahına qayıtdıqdan sonra o, işçilər və mühafizəçilərin qaçdığına şahid oldu. Saat 19:00 radələrində ilk nümayişçilər kral iqamətgahının qarşısına çıxdılar. Bavariyanın hərbi naziri Filip fon Hellinqrat Münhendə monarxiyanı müdafiə etmək üçün artıq qoşun olmadığını etiraf edirdi. İğtişaşlar barədə xəbərlər başqa yerlərdə də olduğu üçün kənar yardıma ümid etmək olmazdı. Kralın çətin vəziyyətini nəzərə alaraq Otto fon Dandl və daxili işlər naziri Fridrix fon Brettreyx III Lüdviqə müvəqqəti qaçmağı tövsiyə etdilər. Kralın təhlükəsizliyinə artıq təminat verilə bilmədiyi üçün nazirləri onu sarayın qalan hissəsi ilə birlikdə avtomobillərlə Vildenvart qalasına getməyə razı saldılar. Ağır xəstə olan həyat yoldaşı, üç qızı, nəvəsi Albrext və kiçik bir xidmətçilər qrupu ilə birlikdə kral gecə saat 23 radələrində mülki geyimdə Münhendən qaçdı və müvəqqəti qalacağına ümid etdiyi üçün Zalsburq yaxınlığındakı Anif sarayında məskunlaşdı. Əslində isə o, Almaniya İmperiyasında devrilmiş monarxlardan ilki idi. Növbəti gün Bavariya Xalq Hökuməti elan edilmişdi. Monarxiyanın dəstəyi o dərəcədə azalmışdı ki, bütün Münhen kazarmaları, polis bölmələri və nəşriyyatlar üsyançılar tərəfindən müqavimətsiz alındı. O vaxta qədər 910000 Bavariya əsgərindən təxminən 200000-i həyatını itirmişdi.

Hakimiyyətdən sonra

[redaktə | mənbəni redaktə et]

İnqilabi hökumət kralın qaçışını taxtdan imtina kimi şərh etdi və keçmiş kralın Bavariyada qalmasına icazə verdi. Şahzadələrdən 600000 mark məbləğindən pul müsadirə edildi. Saray və bürokratiyada olan monarxist məmurlar mahiyyət etibarı ilə öz mövqelərini qoruyub saxlayıb, gözləmə mövqeyində davranırdılar. Lüdviqin müvəqqəti olaraq Bavariyaya qayıtmasından qısa müddət sonra həyat yoldaşı Mariya Tereza 3 fevral 1919-cu ildə Vildenvart qəsrində vəfat etdi.

21 fevral 1919-cu ildə Bavariya Xalq Hökuməti prezidenti Kurt Eysner aristokrat Anton fon Arko tərəfindən sui qəsdlə öldürüləndən sonra keçmiş monarxiyaya qarşı qisas aktını gözləyən Lüdviq yenidən Kufşteyn istiqamətində tələsik Bavariyanı tərk etdi. 1918-ci ildə demək olar ki, dinc çevrilişi qırmızı və ağ inqilabla şiddətli bir dövr izlədi. Sonra Lüdviq ardıcıl olaraq Avstriya, Lixtenşteyn və sonra İsveçrədə sürgündə yaşadı.[8] 1920-ci ilin aprelində o, nəhayət Bavariyaya qayıtdı, burada yenidən Vildenvart qəsrində yaşadı və vaxtaşırı LenqrisBerxtesqadendə yaşadı. Uzun müddət mədə qanaxmasından əziyyət çəkən Lüdviq 1921-ci il oktyabrın 18-də Macarıstanın Şarvar şəhərindəki qalasında səyahət edərkən vəfat etdi.

Lüdviqin cəsədi on bir gün sonra qatarla Münhenə daşındı. Minlərlə insanın iştirak etdiyi dəfn mərasimində; tabut dörd əlli araba ilə və çoxsaylı diplomatik nümayəndə heyətinin müşayiəti ilə Vildenvarta gətirildi və Müqəddəs Lüdviq Kilsəsinə təhvil verildi. Rəsmi dövlət dəfn mərasimi Reyx hökuməti üçün mümkün görünmədiyindən, Bavariya hökuməti dəfn mərasiminin təşkilini fərdi şəxs kimi Bavariya baş naziri Qustav Ritter fon Kara həvalə etdi. 5 noyabr 1921-ci ildə Lüdviq həyat yoldaşı ilə birlikdə Münhen kafedralında Vittelsbax ailəsinin məzarlığında dəfn edildi. Onun ürəyi ayrıca dəfn edilib və Altöttinqdəki Lütf Kapellasındadır.

20 fevral 1868-ci ildə Habsburq sülaləsindən Avstriya-Este arxhersoqu Ferdinand Karl Viktorun (1821-1849) və onun həyat yoldaşı Elizabet Franziskanın yeganə qızı Avqusta Ferdinanda ilə evlənmişdi. Bu evlilikdən 13 övlad dünyaya gəlib:

  1. Ruprext (18 may 1869 – 2 avqust 1955)
  2. Adelqunda (17 oktyabr 1870 - 4 yanvar 1958)
  3. Mariya Lüdviqa (6 iyul 1872 - 10 iyun 1954)
  4. Karl (1 aprel 1874 - 9 may 1927)
  5. Frans (10 oktyabr 1875 - 25 yanvar 1957)
  6. Matilda (17 avqust 1877 - 6 avqust 1906)
  7. Volfqanq Maria Leopold (2 iyul 1879 - 31 yanvar 1895)
  8. Hildeqard (5 mart 1881 - 2 fevral 1948)
  9. Notburqa (19 mart 1883 - 24 mart 1883)
  10. Viltrud (10 noyabr 1884 - 28 mart 1975)
  11. Helmtrud (22 mart 1886 - 23 iyun 1977)
  12. Dietlinde (2 yanvar 1888 - 15 fevral 1889)
  13. Qundelinde (26 avqust 1891 - 16 avqust 1983)

Orden və medalları

[redaktə | mənbəni redaktə et]
  1. "AZ-Historie: Zum 100. Todestag - wer war König Ludwig III.?". 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-04.
  2. Hans-Peter Baum: Prinzregent Luitpold von Bayern (1821–1912) und die Stadt Würzburg. In: Ulrich Wagner (Hrsg.): Geschichte der Stadt Würzburg. 4 Bände; Band III/1-2: Vom Übergang an Bayern bis zum 21. Jahrhundert. Theiss, Stuttgart 2007, ISBN 978-3-8062-1478-9, S. 173–176, hier: S. 173.
  3. Dieter Albrecht: Die Prinzregentenzeit 1886–1912/13. ISBN 3406504515 səh 411
  4. Max Spindler, Alois Schmid. Prinzregentenzeit. Münhen. 2003. səh. 412. ISBN 3-406-50451-5.
  5. Haus der Bayerischen Geschichte Arxivləşdirilib 2018-08-04 at the Wayback Machine (Kral III Lüdviqin populyarlığı.)
  6. Peter Czoik. "1914-cü ilin yayında Bavariya: kral və müharibənin başlanması". Literaturportal-Bayern (alman). 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-04.
  7. Karl-Heinz Janßen: Macht und Verblendung. Kriegszielpolitik der deutschen Bundesstaaten 1914/18 (Güc və Aldanma. 1914/18-ci illərdə Alman federal dövlətlərinin müharibə siyasəti). Göttingen 1963, səh 26.
  8. 1 2 Alfons Beckenbauer: Ludwig III. von Bayern, 1845–1921: Ein König auf der Suche nach seinem Volk (Bavariyalı III Lüdviq, 1845-1921: Xalqını axtaran kral) (1987)
  9. Stefan März: Ludwig III.: Bayerns letzter König (III Lüdviq: Bavariyanın son kralı). 2014, ISBN 978-3-7917-2603-8.
  10. Haus der Bayerischen Geschichte Arxivləşdirilib 2021-08-10 at the Wayback Machine (1918-ci ildə Birinci Dünya Müharibəsinin sonu)
III Lüdviq (Bavariya kralı)
Doğum: 7 yanvar 1845 Vəfat: 18 oktyabr 1921
Sələfləri 
Otto
Bavariya kralı
5 noyabr 1913 – 13 noyabr 1918
Xələfləri 
Monarxiya ləğv edildi
Sələfləri 
Otto
Bavariya dövlət başçısı
5 noyabr 1913 – 13 noyabr 1918
Xələfləri 
Kurt Eysner