II Rocer | |
---|---|
it. Ruggiero II | |
| |
Siciliyanın III qrafı və I kralı | |
1101 – 1105 | |
Əvvəlki | I Rocer |
Sonrakı | I Vilyam Hoytvill |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 dekabr 1095[1] |
Vəfat tarixi | 26 fevral 1154[1] (58 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | siyasətçi, suveren[d] |
Atası | I Rocer |
Anası | Adelheyd del Vasto |
Uşaqları | |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
II Rocer (22 dekabr 1095[1] – 26 fevral 1154[1], Palermo) — Siciliyanın ilk kralı. 1105-ci ildə Siciliya qraflığının III qrafı olmuşdu. 1127-ci ildə isə Apuliya hersoqu olmuşdu. 1130-cu ildə Siciliya krallığının ilk hökmdarı elan edilmişdi. 9 yaşında taxta çıxmışdı.
I Rocer və Adelheyd del Vastonun kiçik oğlu idi. 9 yaşında taxta çıxmışdı və anasının qəyyumluğu altında hakimiyyətdə idi. 1110-cu ilin yayında, 14 yaşında ikən Norveç kralı I Siqurd onu ziyarət etmişdi. 1112-ci ildən bəri tək hakimiyyətə başlamışdı. 1127-ci ildə Apuliya hersoqu II Vilyamın ölümündən sonra onun torpaqlarını ələ keçirdi. 1130-cu ilə papalığa namizəd olan Antipapa II Anoklet tərəfindən kral elan olundu.
Antipapa tərəfindən kral olması papa II İnnokenti tərəfindən xaç yürüş başladılmasına səbəb oldu. 1130-cu ildə Amalfi hersoqluğunun üsyanı yatırılmışdı. 1132-ci ildə Bari knyazlığının da üsyanından sonra Rocer knyazı Qrimvaldı devirərək yerinə oğlu Tankredi gətirdi. Eyni hərəkəti Kapua knyazlığını da işğal edərək təkrarlayan Rocer digər oğlu Alfonsonu knyaz təyin etdi. Daha sonra Apuliya hersoqluğunu da işğal edərək hersoqluğa böyük oğlu III Roceri gətirdi. Rocerin işğalçılıq siyasəti qonşu dövlətləri narahat edirdi. Rocer 1136-cı ildən Müqəddəs Roma imperatoru III Lotarın işğalına qarşı mübarizə aparmağa başladı. 1139-cu ildən sonra II İnnokentinin hücumlarına qarşı ölkəni qoruyurdu. Həmin ilin 22 iyulunda Rocerin oğulları tərəfindən əsil alınan papa sülh müqaviləsi imzalamağa məcbur oldu.
Rocer ölkəni stabilləşdirdikdən sonra gözünü Afrikaya dikmişdi. 1142-ci ildə donanması ilə Liviya yürüşünə başlayan Rocer 1146-cı ildə Tripolini ələ keçirdi. 1148-ci ildə Mehdiyyə şəhərini tutdu. Həmin il Susa şəhəri döyüşsüz təslim oldu. 11 gün sonra Sfaksşəhəri Normanların əlinə keçdi.
Rocer 1147-ci ildə Bizansla müharibəyə başladı və Korfu adasını işğal etdi. Yunan sahillərini və şəhərlərini yandıraraq davam etdi. Bununla normanların vikinq mədəniyyətindən uzaqlaşmadığı hiss olunurdu. Konstantinopolacan gedib çıxan Siciliya donanması Aralıq dənizinin ən güclü dövləti olmuşdu. II Rocer 1154-cü ildə Palermoda vəfat etdi. Yerinə oğlu gəldi.
II Rocer 1117-ci ildə Kastiliya kralı VI Alfonsonun qızı Elvira ilə evlənmişdi. Övladları:
III Rocer — Apuliya hersoqu
I Tankred — Bari knyazı və Taranto knyazı
I Alfonso — Kapua knyazı
I Vilyam — Siciliyanın növbəti kralı
II Rocer 1149-cu ildə II Hüqonun qızı Sibilla ilə evlənmişdi. İki övladı olmuşdu və cavan ölmüşdülər. Digər övladları:
Konstansa — VI Henrix ilə evlənmişdi.
Simon Hoytvill (II) — Taranto knyazı