INSEAD

INSEAD
Loqonun şəkli
Xəritə
48°24′19″ şm. e. 2°41′07″ ş. u.HGYO
Əsası qoyulub 1957
Ölkə
Sayt insead.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

INSEAD ( Institut européen d'administration des affaires ), Fontainebleau, Abu DabiSinqapurda kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1957-ci ildə qurulan məktəb. INSEAD, Financial Times tərəfindən 2019-cu ildə Avropa Biznes Məktəbləri arasında 5-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur . Məktəbin məzunları arasında Johann Schneider-Ammann, Semih Yalman, Filip Parker kimi adlar vardır.

1957: INSEAD, ABŞ xaricində ilk biznes məktəbi olaraq quruldu

1959: Fontainebleau-da ilk MBA qəbulu və bir illik MBA proqramı təqdim edən ilk biznes məktəbi

1960: İlk MBA sinif məzunları

1967: Fontainebleau Meşəsinin kənarında (indi 'Avropa Kampusu' adlanır) məktəbin ilk kampusunun açılışı

1971: Fontainebleau'daki INSEAD'ın yanında bir ərazidə Avropa Davamlı Təhsil Mərkəzi olan CEDEP'nin yaradılması

1976: INSEAD Məzunları Fondunun fəaliyyətə başlaması

1980: INSEAD Euro-Asia Center Fontainebleau'da açılır

1983: MBA proqramı ikili qəbuluna başlayır (yanvar və sentyabr aylarında)

1987: INSEAD-Fundação Dom Cabral tərəfdaşlığının elan edilməsi

1989: Doktorantura proqramının başlanması

2000: Sinqapurda açılan Asiya Kampusu ilə bir çox qitədə tam kampusları olan ilk biznes məktəbi

2001: INSEAD-Wharton İttifaqının və ilk MBA iştirakçı mübadilələrinin elanı

2003: İcraçı MBA proqramının başlanması

2010: INSEAD-in Əbu-Dabi Mərkəzi Kampus statusuna qovuşdu (Orta Şərq Kampusu)

2012: Maliyyə ixtisası üzrə magistr dərəcəsi

2013: CEIBS ilə MBA iştirakçısı mübadilə müqaviləsi başladıldı

2015: Sinqapurda Liderlik İnkişaf Mərkəzinin açılışı

2016: Financial Times 2016 reytinqində MBA, Executive MBA (Tsinghua-INSEAD EMBA) və Single School Executive MBA (INSEAD GEMBA) — reytinqlərdə ‘üçlü birinci’ əldə edən ilk və yeganə biznes məktəbi.

2018: Hoffmann Qlobal Biznes və Cəmiyyət İnstitutu

2020: İnnovasiya üçün İnsead San Francisco Mərkəzinin açılışı