IV Vasili Şuyski | |
---|---|
rus. Васи́лий Иванович Шу́йский | |
İmperator | |
29 may, 1606 – 29 iyul, 1610 | |
Əvvəlki | I Dmitri |
Sonrakı | Vladislav Jiqmontoviç |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1552[1] |
Doğum yeri | |
Vəfat tarixi | 12 sentyabr 1612[1][2] |
Dəfn yeri |
|
Fəaliyyəti | monarx |
Atası | İvan Andreyeviç Şuyski |
Anası | Marfa Feodorovna |
Həyat yoldaşları |
Elena Mixaylovna Repnina Yekaterina (Mariya) Buynosova-Rostovskaia |
Uşaqları |
Tsarevna Anna Vasilievna Tsarevna Anastasiya Vasilievna |
Dini | xristiyan-provaslav |
Vikianbarda əlaqəli mediafayllar |
IV Vasili Şuyski (tam adı ilə Vasili İvanoviç Şuyski; 1552[1], Nijni Novqorod – 12 sentyabr 1612[1][2]) — rus çarı.
B. Qodunovun düşmənlərinin başında Ruriklər nəslindən olan Şuyski qardaşları dururdu. Onlar özlərini çarlığın qanuni varisi bilir, Qodunovun hakimiyyətini qanunsuz sayırdılar. Təsadüfi deyil ki, Yalançı Dmitridən sonra hakimiyyətə gələcək Vasili Şuyski Yalançı çara qarşı sui-qəsd ərəfəsində həmfikirlərinə demişdi: -Yalançı Dmitrini ona görə əsil şahzadə kimi qəbul etdim ki, məqsədim Qodunovu yıxmaq idi.
1600-cü ildə Boris Qodunov öldü, Vasili Şuyski (1606-1610) hakimiyyətə gəldi. 1606-cı ilin yayında xolop İvan Bolotnikovun başçılığı altında üsyan baş verdi. Üsyanda xoloplar, kəndlilər, şəhərlilər, kazaklar, xırda qulluqçular iştirak edirdilər. Bolotnikov Moskva yaxınlığında Kolomna kəndinə qədər irəlilədi. Lakin üsyana qoşulmuş zadəganlar xəyanət etdilər, üsyançılar döyüşdə məğlub oldular və Moskvadan Kaluqaya çəkildilər. Oradan Tulaya getdilər, lakin 1607-ci ildə məğlub oldular. Bu üsyan təhkimçilik hüququ sisteminin təşəkkül tapmasını bir müddət uzatdı.
1610-cu ilin 19 iyulunda Şuyski hakimiyyətdən salınaraq monastra göndərilir və 12 sentyabr 1612-ci ildə Polşa krallığında vəfat etmişdir. Ondan sonra «Yeddi boyar» hakimiyyətə gəlmişdir.