IYDU | |
---|---|
Növü | Beynəlxalq təşkilat |
Yaranma tarixi | mart 1991 |
Mərkəzi | |
iydu.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Beynəlxalq Gənc Demokrat İttifaqı (IYDU) sağ mərkəzçi siyasi gənclər təşkilatlarının qlobal alyansıdır. 1981-ci ildə yaradılmışdır. Sonradan isə 1991-ci ildə bərpa edilmişdir. IYDU-nun 80 ölkədən127 tam hüquqlu üzvü və müşahidəçi üzvləri vardır. İDU-Beynəlxalq Demokrat İttifaqının gənclər təşkilatları qoludur.
IYDU-nun İnternet Arxivləşdirilib 2006-07-18 at the Wayback Machine səhifəsində təşkilatın aparıcı dəyərləri kimi demokratiya, insan hüquqlarına ehtiram və azad ticarət göstərilmişdir:
IYDU üzv təşkilatlar üçün hər il təşkil olunan müxtəlif tədbirlərə ev sahibliyi edir. Bunlara Azadlıq Forumu (ilin ortası), illik şura toplantısı və xarici ölkə nümayəndəlikləri ilə görüşlər daxildir. IYDU-nun tədbirlərindəki spikerlər sağ-mərkəzçi qrupdan hazırkı və keçmiş dövlət rəsmiləri və digər əhəmiyətli siyasi xadimlər olur. IYDU-nun konfranslarındakı nümayəndələr nazirlər, Parlament üzvləri, ali məşvərətçilər, özəl və ictimai sektorda sənaye liderləri vəzifəsinə qədər ucalıblar.
IYDU qərargahı Norveçdə, Oslo şəhərində yerləşir.
IYDU-nun ana təşkilatı olan Beynəlxalq Demokrat İttifaqı (BDİ) 80-dən artıq sağ mərkəzçi siyasi partiyanın birgə fəaliyyət göstərdiyi assosiasiyadır. 1983-cü ildə əsası qoyulmuş BDİ-nin təsisçiləri Britaniyanın baş naziri Marqaret Tetçer, ABŞ vitse prezidenti Corc Buş, Fransanın prezidenti Jak Şirak, Almaniya kansleri Helmut Kohl olmuşdur.
IYDU Azadlıq kampaniyaları hüquq normaları əsasında millətlərin demokratik hərəkatlar və azad ticari qruplarını dəstəkləyir.
Current Freedom Campaigns