I Albert Torpağı (norv. Albert I Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç).
I Albert Torpağı adanın şimal-qərb hissəsini təşkil edir. Cənubdan VII Hokon Torpağı ilə əhatələnmişdir. 1889—1922-ci illərdə[1] Monako knyazı olmuş I Albertin şərəfinə adlandırılmışdır. O, 1898—1907-ci illərdə arktikaya təşkil edilən ekspedisiyanı maliyyələşdirmişdir.