I Aleksandr (Rusiya imperatoru)

I Aleksandr
rus. Александр I
Şəxsi məlumatlar
Doğum tarixi 12 (23) dekabr 1777[1]
Doğum yeri
Vəfat tarixi 19 noyabr (1 dekabr) 1825[1] (47 yaşında)
Vəfat yeri
Vəfat səbəbi tif qızdırması[d]
Dəfn yeri
Atası I Pavel[1]
Anası Mariya Feodorovna[1]
Hərbi xidmət
Rütbəsi marşal, general-feldmarşal
Döyüşlər

Təltifləri Bant ordeni Grand Cross of the Order of Maria Theresa "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni Knight of the Order of St. Alexander Nevsky Knight of the Order of the Golden Fleece Qara Qartal ordeni Müqəddəs Lüdovik ordeni "Fəxri legion" ordeninin Böyük xaçı Order of Saint Hubert Serafimlər ordeni Fil ordeni "Ağ qartal" ordeni Order of Saint Stanislaus Virtuti Militari kommandor xaçı ordeni Order of the Most Holy Annunciation Knight Grand Cross of the Military Order of William Order of the Crown Order of Saint Januarius Sacred Military Constantinian Order of Saint George Knight Grand Cross of the Order of Saint Ferdinand and of Merit Order of Fidelity Knight of the Order of the Holy Spirit I dərəcəli "Qırmızı qartal" ordeni Knight of the Order of Saint-Michel Order of Saint John of Jerusalem Order of the White Falcon 2-ci dərəcəli Dəmir xaç Grand Cross of the Sash of the Three Orders Medal For love for native land
Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Aleksandr Pavloviç (rus. Алекса́ндр I Павлович; 12 (23) dekabr 1777[1], Sankt-Peterburq[1]19 noyabr (1 dekabr) 1825[1], Taqanroq, Don Voysko vilayəti[d][1][2]) — Rusiya imperatoru və mütləq hakimi (24 mart 1801-ci ildən), Malta ordeninin protektoru (1801-ci ildən), Böyük Finlandiya knyazı (1809-cu ildən), Polşa çarı (1815-ci ildən), I PavelinMariya Feodorovnanın böyük oğlu.[3] İnqilaba qədərki tarixşünaslıqda rəsmi olaraq Uğurlu (rus. Благословенный) adlandırılmışdır.[4]

Aleksandr Pavloviç (Blaqoslovennıy – Uğurlu); I Aleksandr (1777–1825) – 1801-ci ildə Rusiya taxtına çıxmışdı. Belə bir fikir var ki, atası Pavel Petroviçə (I Pavel) sui-qəsdin təşkilində iştirak etmişdir. Məhz I Aleksandrın dövründə Azərbaycan torpaqlarının ilhaq edilməsi başlamışdır. Rusiya bu dövrdə İsveçlə (1808–1809), İran (1804–1813), Osmanlı (1806–1812) dövlətləri ilə müharibə aparmışdı. Napoleon Fransası ilə 1812-ci il Vətən müharibəsi, rus qoşunlarının Avropa səfəri, 1815-ci il Vyana konqresi I Aleksandrın xarici siyasətində mühüm yer tutmuşdu. Bundan sonra daha çox dini-mistik təlimlərlə məşğul olmuşdu. Bu atasının qətli ilə izah edilir. 1825-ci ilin noyabrında Taqanroqda ölmüşdü. 1826-cı ilin martın 13-də Petropavlovsk soborunda dəfn edilmişdi. I Aleksandrın həmin vaxt ölmədiyi, tərki-diyarlığı barədə mülahizələr mövcuddur. Bu onun ölümündən 11 il sonra Sibirdə Fyodor Kuzmiç adlı bir zahidin peyda olması ilə əsaslandırılır.


  1. 1 2 3 4 5 6 7 8 9 10 11 Г. Александр I (rus.). // Энциклопедический лексикон СПб: 1835. Т. 1. С. 469–480.
  2. Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası və d. Record #118501852 Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine // Ümumi normativ nəzarət (GND) — 2012–2016.
  3. "Александр I (Российский гуманитарный энциклопедический словарь)". 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-13.
  4. Rusiya Romanovların səltənəti altında (1613–1913) Arxivləşdirilib 2013-10-10 at the Wayback Machine.  (rus.) İlk nəşr 1912-ci il