I Domnall (Dal Riada kralı)

Domnall mak Exdax
ortagel: Domnall mac Echdach
629 – 642
ƏvvəlkiI Eoxayd
SonrakıI Ferxar
Şəxsi məlumatlar
Doğum tarixi VII əsr
Vəfat tarixi 642
Fəaliyyəti monarx
Atası I Eoxayd[d]
Uşaqları

I Domnall (şot.kelt Domnall I, ing. Donald I), Domnall mak Exdax (şot.kelt Domnall mac Echdach), Domnall Brekk (şot.kelt Domnall Brecc), I Çilli Domnall (ing. Donald The Freckled; VII əsr642) — Dal Riada kralı (629–642).

I Domnall I Eoxaydın oğlu idi. Onun adı tarixi mənbələrdə ilk dəfə 622-ci ildə qeyd edilmişdir. O, Konall Qutbinn ilə birlikdə bir döyüşdə qalib olmuşdur.

629-cu ildə atasının ölümündən sonra Dal Riada kralı olan I Domnall İrlandiya klan rəhbəri Kenel Konayll ilə olan ittifaqını pozmuş, ona hücum etmişdir. I Domnall 637-ci ildə Olster kralı Yalançı Konqal ilə birlikdə Domnall mak Edo rəhbərliyindəki koalisiyaya Maq Rot döyüşündə məğlub olmuşdur. Domnall mak Exdax 635-ci ildə və daha sonra 638-ci ildə piktlərə məğlub olmuşdur. Əlavə olaraq, Domnall Brekk Alt Klut kralı Euqeyn ap Beliyə Stratkarron döyüşündə məğlub olmuşdur. O, bu döyüşdə həlak olmuşdur.

I Domnallın xələfi oğlu Domanqart yox, keçmiş hakimiyyət şəriki I Ferxar olmuşdur.

  • Anderson, Alan Orr. Early Sources of Scottish History A.D 500—1286, volume 1. Reprinted with corrections. Stamford: Paul Watkins. 1990. ISBN 1-871615-03-8