I Eduard | |
---|---|
anqlosaks. Edward I of England | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 iyun 1239[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 7 iyul 1307[3] (68 yaşında) |
Vəfat səbəbi | dizenteriya |
Dəfn yeri | |
Atası | III Henri (İngiltərə kralı)[4] |
Həyat yoldaşları |
|
Uşaqları | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Dövlət idarəetməsi[5], siyasət[5], hərbi iş[5], hüquq[5] |
Vikianbarda əlaqəli mediafayllar |
I Eduard və ya Uzunayaqlı Eduard (ing. Edward I of England; ing. Edward Longshanks) (d. 25 aprel 1284 – ö. 21 sentyabr 1327) — İngiltərə kralı. III Henrinin ən böyük oğlu olan Eduard erkən yaşlarından etibarən atasının səltənətində baş verən siyasi intriqalarda, eləcə də ingilis baronlarının üsyanında iştirak etməyə başlamışdı. Atasıyla barışdıqdan sonra İkinci Baronlar müharibəsi adlanan iğtişaşlarda ona sadiq qaldı. Döyüşlərin birində baronlara əsir düşsə də, bir neçə ay sonra əsirlikdən qaçdı və 1265-ci ildə baronlar üzərində mühüm qələbə qazandı. 2 il ərzində üsyan yatırıldı və Eduard topladığı birliklərlə 9-cu səlib yürüşünə qatıldı. 1272-ci ildə geri dönüş yolunda ikən atasının ölüm xəbərini aldı. Ancaq İngiltərəyə 2 illik bir səyahətin ardından çata bildi və 1274-cü ildə Vestminster abbatlığında tacqoyma mərasimiylə İngiltərə kralı elan olundu.
I Eduard səltənətinin böyük bir hissəsini idarəetmədə və hüquqi bazada islahatlar aparmaqla keçirdi. Ətraflı bir araşdırmanın ardından feodallara verilən imtiyaz və öhdəliklərlə bağlı mühüm yeni qanunlar hazırladı. 1276-1277-ci illərdə Uelsdə başlayan kiçik bir üsyanı yatırdıqdan sonra, Eduard 1282-1283-cü illərdə başlayan ikinci üsyanı bağışlamadı və bölgəni tamamilə işğal etdi. İşğal etdiyi torpaqlarda yeni qala və istehkamlar inşa edərək bölgəyə ingilis ailələrini köçürdü. Ardından növbəti hədəf olaraq Şotlandiya krallığını seçdi. Şotlandiya taxtı üzərində haqq iddia etdi və bu mübarizə onun ölümündən sonra da davam etdi. Digər tərəfdən isə Eduard Fransa kralı IV Filipin neytral zona hesab edilən Qaskoniya torpaqlarını işğal etməsinin ardından Fransaya da müharibə elan etdi. Üstəlik bu mübarizədə Şotlandiya da fransızlara dəstək verməkdə idi. Mübarizənin sonunda Qaskoniya azad edilsə də, şotlandlar üzərindəki İngiltərə nüfuzu azaldı. Digər tərəfən uzun illərdir davam edən hərbi əmliyyatlar səbəbilə artan vergi yükü həm əhali, həm də din xadimlərinin narazılığı ilə nəticələnmişdi. Yaranan bu müxalifətin önü ilk illərdə alınsa da, artan problemləri önləmək mümkün olmadı. Eduard 1307-ci ildə vəfat etdi və Şotlandiya ilə davam edən müharibəylə bir çox siyasi və iqtisadi problemləri oğlu II Eduarda buraxdı.