I Jerom | |
---|---|
Girolamo Jérôme-Napoléon Bonaparte | |
8 iyul 1807 – 22 oktyabr 1813 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ayaçço, Korsika adası, Fransa |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Paris |
Dəfn yeri | Əlillər Evi,Paris |
Təhsili | Collège de Juilly |
Fəaliyyəti | siyasətçi, zabit, hərbi qulluqçu |
Atası | Karlo Bonapart |
Anası | Letizia Ramolino |
Həyat yoldaşları |
Elizabet Bonapart-Patterson Katarina Vürtemberq Giustina Pecori-Suárez |
Uşaqları |
Jerom Napoleon Bonapart Jerom Napoleon Şarl Bonapart Matilda Bonapart-Demidovna Napoleon Jozef Bonapart |
Ailəsi | Bonapartlar |
Dini | Xristian-katolik |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
I Jerom (15 noyabr 1784[1][2][…], Ayaçço – 24 iyun 1860[1][2][…]) — Vestfaliyanın tək kralı, Napoleon Bonapartın qardaşı.
Ayaççoda, Bonapartlar ailəsinin 8-ci övladı olaraq dünyaya gəlmişdi. 1803-cü ildə Elizabet Pattersonla evlənmişdi. Həyat yoldaşı hamilə olan vaxt boşandılar. Jerom 1807-ci ildə qardaşı tərəfindən Vestfaliya kralı elan olundu və paytaxt Kasselə köçdü.
Vürtemberq kralı I Frederikin qızı Katarina ilə evlənən Jerom çox bədxərc olduğu üçün Napoleon tərəfindən maddi dəstək almadı. 1812-ci ildə Rusiyaya hücumda Napoleona kömək etmək istədisə də Napoleon ona imkan vermədi. 1813-cü ildə Prussiya və Rusiya ordusuna qarşı mübarizədə məğlub oldu və Vestfaliya krallığı ləğv edildi.
Napoleonun hakimiyyətə geri qayıtmasından sonra orduya qoşuldu və səriştəsizlik ucbatından ingilislərə məğlub oldu. Daha sonra ABŞa köçən Jerom III Napoleon dövründə Əlillər Evinin sədri təyin edildi. Daha sonra vəliəhd dərəcəsinə qədər yüksəldi. 1860-cı ildə Parisdə vəfat etdi.
Övladları: