I Xunq

I Xunq
Şəxsi məlumatlar
Doğum yeri

I Xunq — Müasir Vyetnamın şimalında yaranmış ən qədim dövlət qurumu olan Vanlanqın adı dövrümüzə qədər gəlib çatan ilk hökmdarıdır. O, e.ə. VII əsrdə hakimiyyətdə olmuşdur. Son on illiklərdə aparılan arxeoloji qazıntılar ölkədə insanın yaranmasını sübut edən çoxlu tapıntıları üzə çıxarmışdır. Lanqşon və Txanxoa əyalətlərində, o cümlədən Şərqi Çin dənizinin sahillərində Paleolit dövrünə aid insan qalıqları tapılmışdır. Yenbay və Nipbin əyalətlərində qəbilələrdə yaşayan insanların sümükləri və daş əmək alətləri əldə olunmuşdur. Üst Paleolit və Mezolit dövrlərinə aid Şonvi və Xoabin mədəni abidələri dünya mədəniyyətinin nümunələri sırasındadır. Sonrakı minilliklərdə Vyetnamda insanların daha geniş ərazilərə yayılması əlverişli iqlimlə əlaqədardır. E.ə. IV minillikdə Vyetnamda tuncun kəşf olunması ilə əhali daha da çoxaldı və iri tayfalar meydana çıxdı. Vyetnamlılar mis və tunc əldə etməyi , daha təkmil alətlər düzəltməyi öyrəndilər. Məhz Donqşon tapıntısı bəşəriyyətin ən qədim Tunc dövrü tapıntılarından sayılır. E.ə. II minillikdə Vyetnamın çay vadilərində "Lakvet" və "Auvet" adlanan yerli tayfa birlikləri yaşamışdı. Əmək alətlərinin təkmilləşdirilməsi e.ə. I minillikdə icma quruluşunun dağılmasına səbəb oldu. Varlanan qəbilə başçıları tədricən qüdrətlənərək vəzifələrini irsən ötürürdülər. Onlar qonşu qəbilələrin üzərinə hücum edərək onları özlərindən asılı vəziyyətə salırdılar. Nəticədə Vyetnamda tayfalar meydana gəlirdi . Belə tayfalardan biri də Vanlanq tayfası idi. Qırmızı çayın sahillərində və Bavi dağının ətəklərində məskunlaşan Vanlanq tayfası Vyetnamın ən güclü siyasi birliyinə çevrilmişdi. Vanlanq tayfa-sına 15 qəbilə daxil idi. Siyasi və iqtisadi cəhətdən inkişaf etmiş Çinlə yaxınlıq Vanlanq dövlət qurumunun təşəkkülünü sürətləndirirdi. Vyetnamın qədim salnaməsi olan "Böyük Vyet dövlətinin qısa tarixi" kitabından belə məlum olur ki, Vanlanq dövlət qurumunun banisi "Zyanin" qəbiləsindən olan bir şəxs olmuşdur. Qeyri-adi sehrbazlıq qabiliyyətinə malik olan bu şəxs e.ə. VII əsrin ortalarında Vanlanq dövlət qurumunu quraraq Xunq adını qəbul etmişdir . Orta əsr Vyetnam tarixçisi Nqo Şi Lienin əsərindən məlum olur ki, I Xunq mərkəzi dövlət aparatı yaradıb, müxtəlif vəzifələr təsis etmiş, ölkəni 15 inzibati vahidə bölmüşdür. I XUnq Lak - vionq titulunu daşıyırdı. O, yaratdığı dövlət qurumunun ərazisini rayonlara bölmüşdü. Rayonlar isə "Bo" adlandırılıb, xyun-lenlər tərəfindən idarə olunurdu. Hakimlərin köməkçiləri isə "botin" adlanırdı. I Xunqun övladları "xunq - vionq" tituluna tituluna layiq görülmüşdü.

I Xunq e.ə. VII əsrdə Vanlanq şəhərini saldırıb, onu yaratdığı döv-lət qurumunun paytaxtına çevirmişdi. Vanlanq şəhərində əsasən hökmdarın qohumları . saray adamları, onların qulluqçuları, hərbiçilər və sənətkarlar yaşayırdı. Kəndlərdə isə kəndli icmaları yerləşmişdi. Kəndli icmalarını ağsaqqallar idarə edirdi. Ağsaqqalların idarə etdiyikəndlilər isə dövlətə vergi ödəyir və müxtəlif mükəlləfiyyətlər daşıyırdı. Kənd icmaları "Tya", kəndlər isə "lanq" adlanırdı.

I Xunqun ölümündən sonra onun sülaləsindən olan 18 hökmdar Vanlanq dövlət dövlət qurumunun ərazisində hökmranlıq etmişdir. Bu hökmdarların hamısı taxta çıxan zaman Xunq adını qəbul etmişdilər. Vanlan dövlət qurumunun hökmdarlarının heç birinin əsl adı dövrümüzə qədər gəlib çatmamışdır.

  • История ВЪетнама . Москва. 1983