I Yahhotep

I Yahhotep
q.misir <-N11-R4:X1*Q3->
Şəxsi məlumatlar
Doğum tarixi e.ə. 1560
Vəfat tarixi e.ə. 1530
Vəfat yeri
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Yahhotep və ya Ahhotep (q.misir 3h-htp — "Yah razıdır"; e.ə. 1560e.ə. 1530, Teben) — XVII sülalənin qədim Misir kraliçası (e.ə. 1590–1530),[1] firon II Taa Sekenenranın həyat yoldaşı. Hiksosların işğalı zamanı vacib rol oynadı və xalq arasında uzun müddət hörmətə layiq görüldü. O, bir müddət oğlu Yahmos 1-ci regenti olaraq hakimiyyətdə oldu.

O dövrdə kraliçaların Yahhotep adı ilə eyniləşdirilməsi məsələsi mübahisəli mövzulardan biri olaraq qalır.[2]. I Yahhotep Kraliça Tetişerrini və Firon Senahtenranın qızıdır, Sekenenra II Taa-nın həyat yoldaşı və həmçinin ehtimal edilki ki, bacısıdır[3] Hiksos ilə döyüşdə Sekenenra II Taa-nın ölümündən sonra taxt onun oğluna Kamosa miras qaldı (onun eyni zamanda Yahhotep I-in də oğlu olub olmaması məlum deyil)[1]. 3 ildən sonra da döyüşə öldü[4] və hakimiyyət onun azlaşlı qardaşı Yahmosa keçdi. Yaxmosun 16 yaşı olanadək Yahhotep I onun regenti kimi hakimiyyətdə oldu[1]. Yeni Krallığda ilk dəfə bir qadın, sonradan qızı Yahmos-Nefertari tərəfindən daşınan, "İki diyarın xanımı" titulunu qəbul etdi. Güman edilir ki, I Yahhotep yunan hərbçilərini müqaviləli əsgərlər kimi saxlayırdı. O, Oğlunun müstəqil hakimiyyətinin ilk illərində öldü. Yahhotep I-ci hərbi silahlar (üç xəncər, Yahhotep və Kamos adları olan 13 balta) və üç "Qızıl milçəklər" mükaffat ordenləri ilə dəfn edilib. Bu cür təltiflər və mükafatlar döyüşkən kraliçanın Misirin müdafiəsinə verdiyi əvəzsiz töhfəni təsdiqləyir[5].

Onun şərəfinə Yahmos, Karnakda divar tikdirdi. Həmin divarin üzərində olan:[4] Misir əsgərlərinin qayğısına qaldı və onları qorudu. Xainləri ölkədən qovdu və şübhə edənləri topladı. Misiri sakitləşdirdi və üsyançıları qovdu.

O, oğlu ilə birlikdə XVIII sülaləsinin uzun illər boyu Misiri işğalçılardan azad etmək üçün göstərdiyi fəal səylərə görə hörmətlə qarşılanırdı.[6]

  • Oğlu: I Yahmos
  • Qızları: Yahmos-Nefertari, Yahmos- Nebta[7]

I Yahhotep aşaqdaki titulları daşayırdı:

  • Fironun müdrik həyat yoldaşı
  • Fironun qızı
  • Fironun anası[4]

I Yahhotepin iki qəbiri var, bunlardan biri təsvir olunan kraliçaya, digəri isə eyni adlı başqa bir Misirli şahzadəyə (bəlkə də Kamosun həyat yoldaşı) məxsus ola bilər[8].

Dra Abu el-Naga

[redaktə | mənbəni redaktə et]

Dra Əbu əl-Nağadakı toxunulmayaq məzar 1859-cu ildə August Mariyett tərəfindən tapılıb. Sözü qedən mumiya, Kamosun sarkofaqının yaxınlığında zərli sarkofaqda idi. Başında Kobra ilə bəzədilmiş Hathor tanrısının dalğalı pariki var idi.[9] Məzarda çoxsaylı qızıl əşyalar var idi. Onları dəfələrlə oğrayıb Misirdən çıxarmağa cəhtlər göstərilsədə bunun qarşısı alınmıdır. Qəbirdən çıxarılan əşyalar arasında böyük qızıl kol, oxatanın bilərziyi, nizə ucluqu, tunc, qızıl və gümüşdən hazırlanmış on üç döyüş baltası var idi. Bir baltanın ülqücü Egey motivləri ilə bəzədilmişdi: düşmənin başını tutan vələs və sfenks. Egey motivləri həmçinin xəncər üzərində idi: iki öküz başı və bir aslan ovu.[10]

Deyr əl-Bəhri

[redaktə | mənbəni redaktə et]

Digər bir sarkofaq (Qahirə Muzeyindəki CG 61006) "Firon məqamları" adlı bir sarkofaqdır. Sarkofaq Pinejim I mumiyasından təmizlənib.[11]

  1. Джоан Флетчер. В поисках Нефертити. — М.: АСТ: АСТ МОСКВА: ХРАНИТЕЛЬ, 2008. — səh.413. — 2500 экз. — ISBN 978-5-9762-5421-3.
  2. Ann Macy Roth. Ahhotep I and Ahhotep II. — 1977. — səh. 31–40.
  1. 1 2 3 Michael Rice. Who's Who in Ancient Egypt. — Routledge, 2002–09–11. — 320 с. — ISBN 9781134734207
  2. K. S. B. Ryholt, Adam Bülow-Jacobsen. The Political Situation in Egypt During the Second Intermediate Period, C. 1800–1550 B. C.. — Museum Tusculanum Press, 1997. — səh. 486.
  3. Aidan Dodson, Dyan Hilton. The Complete Royal Families of Ancient Egypt. — Thames & Hudson, 2010. — səh 320.
  4. 1 2 3 Rebecca Angharad Dean. Warfare and Weaponry in Dynastic Egypt. — Pen & Sword Archaeology, 2017–03–31. — səh.191. — ISBN 9781473862067
  5. Professor Henry Louis Gates Jr, Professor Emmanuel Akyeampong, Mr Steven J. Niven. Dictionary of African Biography. — OUP USA, 2012–02–02. — səh. 3382
  6. W. Grajetzki, Ancient Egyptian Queens: a hieroglyphic dictionary, 2005
  7. Ann Macy Roth, The Ahhotep Coffins, Gold of Praise: Studies of Ancient Egypt in honor of Edward F. Wente, 1999
  8. Claude Vandersleyen. Les guerres d'Amosis fondateur de la XVIII° dynastie. Arxivləşdirilib 2019-12-17 at the Wayback Machine — Brüssel, 1971. — səh 138 .
  9. Aidan Dodson & Dyan Hilton, The Complete Royal Families of Ancient Egypt, Thames & Hudson (2004)
  10. Carolyn Graves-Brown. Dancing for Hathor: Women in Ancient Egypt. — Bloomsbury Publishing, 2010–05–07. —səh 265. — ISBN 9781441161222
  11. Gabriele Höber-Kamel. Von den Hyksos zum Neuen Reich (нем.) // Kemet, Heft. — 2003. — № 2. — səh. 23