In the Wee Small Hours | ||||
---|---|---|---|---|
Frenk Sinatra tərəfindən ifa olunmuş studio | ||||
Növü | studio | |||
Yayımlanma tarixi | Aprel 1955 | |||
Yazılma tarixi | 8 fevral – 4 mart, 1955, (Last Night When We Were Young"-dan başqa - 1 Mart, 1954) KHJ Studiyası, Hollivud | |||
Janr | vokal, caz, klassik pop | |||
Müddət | 48:41 | |||
Dil | ingilis dili | |||
Leybl | Capitol Records | |||
Prodüser | Voyl Gilmor | |||
Frenk Sinatra albomlarının xronologiyası | ||||
|
In the Wee Small Hours (Qısa zamanlarda) — Frenk Sinatranın sayca doqquzuncu studiya albomudur. Albom 9 aprel 1955-ci il tarixində Capitol Records'da çıxarılmış; Voyl Gilmor tərəfindən istehsal olunmuş və Nelson Ridl tərəfindən aranjeman edilmişdir. Albomda yalnızlıq, özünüdərk, itirilmiş sevgi, gerçəkləşməyən münasibətlər, depressiya, gecə həyatı kimi mövzular işlənmiş, nəticədə In the Wee Small Hours ilk konsepsiya albomlarından biri kimi yadda qalmışdır. Albomun üz qabığında bu mövzular əks olunmaqla, Sinatranın xəyali və tərk edilmiş küçənin maviyə çalan işıqlarının altındakı təsviri verilmişdir[1][2]. Buraxdığı ilk albom olan The Voice üçün 1946-cı ildən bəri üzərində düşündüyü "konsepsiya" ideyasını Songs for Swingin' Lovers və Only the Lonely kimi növbəti albomlarında da uğurla davam etdirmişdir[3].
In the Wee Small Hours iki 10 düymlük LP diskləri şəklində buraxılmış və həmçinin 12 düymlük LP kimi də istehsal olunaraq, bir ilkə imza atmışdır. Həmçinin albom dörd EP olmaqla dörd parçadan ibarət olan 45-rpm diskləri şəklində 45-rpm-lik sinql kimi kağız üz qabığı ilə deyil, LP-dəki ilə eyni üz qabığı ilə karton üzlüklərlə buraxılmışdır.
Albomun satışı uğurlu alınmış, Bilboard 200-də 2-ci yerə yüksəlmiş və 18 həftə həmin pillədə qalmağı bacarmışdır. Bu, eyni zamanda, Sinatranın 1947-ci ildə çıxardığı Songs by Sinatra-dan sonrakı ən yüksək nəticə əldə edən albomu idi. 2002-ci ilə qədər albom RIAA tərəfindən Qızıl sertifikatına layiq görülərək, yarım milyondan çox satılmışdır [4] . Albom, həmçinin, tənqidi uğur da əldə etmiş, 1950-ci illərin üçüncü ən yaxşı albomu ünvanını qazanmışdır[5] . 2012-ci ildə Rolling Stones dərgisi tərəfindən In the Wee Small Hours bütün zamanların 101-ci ən yaxşı albomu seçilmişdir[6].