Israel Aerospace Industries

İsrail Aerokosmik Sənayesi
Ümumi məlumatlar
Tipi Dövlət şirkəti
Sənaye silah sənayesi[d]
Məhsulları Mülki və hərbi təyinatlı aviasiya avadanlıqları
Təsis tarixi 1953
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri 3.83 milyard $
Xalis mənfəəti 27 milyon $
Əməliyyat mənfəəti 571 milyard $
Struktur
İşçi sayı 16,000
Tərəfdaşlar Elta[d]
Rəhbərlik
Təsisçi
www.iai.co.il
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsrail Aerokosmik Sənayesi (ivr.התעשייה האווירית לישראל‏‎, ha-ta'asiya ha-avirit le-yisra'el) və ya qısa adı ilə IAI (תע"א) — İsrailin həm hərbi, həm də mülki sektorda əsas aerokosmik və aviasiya istehsalçısı və təchizatçısıdır. 2013-cü il məlumatına əsasən şirkətin 16,000 nəfər əməkdaşı var. IAI şirkətinin bütün səhmləri İsrail dövlətinə məxsusdur.

IAI mülki təyyarə, döyüş təyyarəsi, pilotsuz uçuş aparatları, raket, müxtəlif avionika istehsalı və təmiri ilə məşğul olur.

IAI-nin əsas istiqaməti aviasiya və kosmik sənaye olmasına baxmayaraq, şirkət, həmçinin quru və dəniz qüvvələri üçün də müxtəlif hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olur. Bu məhsullar xüsusilə İsrail Silahlı Qüvvələrinin ehtiyacını ödəmək məqsədilə hazırlansa da, bəzi xarici ölkələrə də ixrac edilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Global LEI index.