Jak Düboşe | |
---|---|
Jacques Dubochet[1] | |
![]() | |
Doğum tarixi | 8 iyun 1942[2][3][…] (82 yaş) |
Doğum yeri |
|
İş yerləri |
|
Təhsili | |
Mükafatları |
![]() |
unil.ch/dubochet | |
![]() |
Jak Düboşe (fr. Jacques Dubochet, 8 iyun 1942[2][3][…], Eql[d], Vo kantonu[1]) — isveçrəli biofizik, kimya üzrə Nobel mükafatı laureatı (2017 il).[7]
1948–1955-ci illərdə ibtidai məktəbdə oxumuş, alətlərin: bıçaq, iynə, sap, kibritin köməyi ilə elmi öyrənmişdir. 1962-ci ildə məktəb imtahanını verdi. 1967-ci ildə bioloq oldu. 1969-cu ildə Cenevrədə molekulyar bioloq kimi sertifikat almışdır. 1973-cü ildə biofizika elmləri doktoru. 1978-ci ildə Haydelberqdə işləyib. 1988-ci ildən Lozanna Universitetinin professoru. Həyat yoldaşı, qızı və iki nəvəsi var.
İsveçrə Sosialist Partiyasının üzvü, onu Morj şəhərinin yerli şurasında təmsil edir.
Böyük babası — Jak-Julien Düboşe (1798–1868 il), L'Illustration qəzetinin naşiri olub.
J. Düboşe 1962-ci ildə Lozannanın Politexnik institutunda fizika üzrə təhsil almağa başladı və 1967-ci ildə fiziki mühəndislik dərəcəsi ilə bitirdi. 1969-cu ildə Cenevrə Universitetində Molekulyar Biologiya üzrə Sertifikat aldı və sonra DNT elektron mikroskopiyasını öyrənməyə başladı. 1973-cü ildə Cenevrə Universitetində və Bazel Universitetində biofizika üzrə dissertasiyasını yazıb müdafiə edərək fəlsəfə doktoru dərəcəsini almişdir.[8]
1978–1987-ci illərdə J. Düboşe o vaxt Qərbi Almaniyanın bir hissəsi olan Heydelberqdəki Avropa Molekulyar Biologiya Laboratoriyasında qrup rəhbəri işləyib. 1987–2007-ci illərdə Lozanna Universitetinin professoru olub.[9] 2007-ci ildə 65 yaşında təqaüdə çıxdı və Lozanna Universitetinin fəxri professoru oldu.
J. Düboşe karyerası ərzində krioelektron mikroskopiya, krioelektron tomoqrafiya və şüşə kəsikli krioelektron mikroskopiya sahələrində texnologiyalar inkişaf etdirmişdir.[10][11][12][13] Bu texnologiyalar zülal kompleksləri və ya viral hissəciklər kimi fərdi bioloji strukturları vizuallaşdırmaq üçün istifadə olunur.[14] Lozannada o, alimlərin sosial məsələlərə dair məlumatlılığının artırılmasına yönəlmiş təşəbbüslərdə iştirak edirdi.[15][16]
2014-cü ildə J. Düboşe EMBL-dən Lennart Filipson Mükafatını aldı.[17] 2015-ci ildə karyerası haqqında yazan EMBL-dəki həmkarı professor Garet izah etdi: "Jak bir vizyona sahib idi. O, suyun nazik təbəqələrini kristalların əmələ gəlməyə vaxtı olmadan tez dondurmağın bir yolunu tapdı, zaman keçdikcə bu texnika təbiət elmlərində tədqiqatlar üçün getdikcə daha çox əhəmiyyət kəsb etdi və bu Nobel mükafatına layiq görüldü".[18]