Jak Loran Aqas

Jak Loran Aqas
fr. Jacques-Laurent Agasse
Jak Loran Aqas atı ilə birlikdə
Jak Loran Aqas atı ilə birlikdə
Doğum tarixi
Doğum yeri Genuya, İtaliya
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri London, Böyük Britaniya
Fəaliyyəti rəssam
Janrlar mənzərə və heyvan rəsmləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jak Loran Aqas (fr. Jacques-Laurent Agasse) — İsveçrəli rəssam. Loran Aqas əsasən mənzərəheyvan rəsmləri çəkməklə məşhurlaşmışdır.

1767-ci ilin 24 aprel tarixində Genuya şəhərində dünyaya gələn Aqas ilk rəssamlıq təhsilində bu şəhərdə almışdır. 20 yaşı olarkən təhsilini daha yüksək səviyyədə davam etdirə bilmək üçün Paris şəhərinə gedir. Atların və digər heyvanların anatomik quruluşu ilə gənclik illərindən maraqlanan İsveçrəli rəssam baytarlıq təhsili almağa başlayır. Bu müddət ərzində nəsil kökünün bağlı olduğu İsveçrəyə mütamadi gedirdi. Heyvanlara olan marağı səbəbindən bu mövzuda şəkillər çəkməyə başladı və elə qısa zamanda Avropada məşhurluq əldə etdi. Jak Loran Aqas eyni zamanda Osmanlı imperiyası ilə əlaqəli mövzularda rəsm əsərləri çəkmişdir. Rəssam 1849-cu ildə London şəhərində vəfat edib.

1827-ci ildə Kavalalı Mehmed Əli Paşa tərəfindən Avropaya göndərilmiş zürafələrdən biri. Zürafə dönəminin Böyük Britaniya kralı IV Corc tərəfindən təslim alınmışdır. Şəkildə sağ tərəfdə görünən kişi heyvanxananın sahibi Edvard Qrosdur. Jak Loran Aqasın bu mövzuda oxşar rəsm əsərləridə mövcuddur.