Jak Mayol | |
---|---|
fr. Jacques Mayol | |
Doğum tarixi | |
Doğum yeri | Şanxay, Çin |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Elba adası, İtaliya |
Vəfat səbəbi | asılma[d] |
Fəaliyyəti | Dalğıc |
Jacques Mayol | |
Vikianbarda əlaqəli mediafayllar |
Jak Mayol (fr. Jacques Mayol; 1 aprel 1927–22 dekabr 2001) — fransız dalğıcı, 23 noyabr 1976-cı ildə nəfəsini tutaraq 100 metr dərinliyə enmiş ilk şəxs. Fri-dayvinq üzrə çoxqat dünya çempionu.
2001-ci ildə 74 yaşında Elba adasındakı evində özünü asaraq intihar etmiş, vəsiyyətinə əsasən kremasiya olunaraq külü Toskana sahillərinə səpilmişdir.
Lük Besson 1988-ci ildə çəkdiyi "Mavi ənginlik" filmində fri-dayvinqin pionerlərindən olan Jak Mayol və Entso Mayorkanın həyatındakı hadisələrdən bəhrələnmişdir.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |