Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Jan-Batist Lamark | |
---|---|
Doğum adı | Jean-Baptiste Pierre Antoine de Monet de Lamarck |
Doğum tarixi | 1 avqust 1744[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 dekabr 1829[1][2][…] (85 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək böhranı[d] |
Dəfn yeri |
|
Elm sahələri | zoologiya, botanika, geologiya, meteorologiya |
İş yeri | |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Canlı təbiətin sistematiki | |
---|---|
Tədqiqatçı, botanika taksonlarını təsnif edən. Beynəlxalq Botaniki Adlandırma Kodeksində bu ad qısaldılmış şəkildə belə göstərilir: «Lam.». Bu cür taksonlar IPNI saytında Şəxsi səhifə IPNI saytında Tədqiqatçı, zoologiya taksonlarını təsnif edən. Taksonlarda müəllifliyi qısaca bu cür göstərilir: «Lamarck».
|
Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; 1 avqust 1744[1][2][…], Bazentin[d], Pikardiya[d], Fransa krallığı – 18 dekabr 1829[1][2][…], Paris, Burbon restavrasiyası) — Fransa alim-təbiətşünası.
J. Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı.
Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir.
Jan-Batist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlərdə iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir. Kitabın üçüncü nəşrində Lamark bitkilərin analitik təsnifat sistemini verir. Bu kitab ona böyük şöhrət gətirir və o Fransanın ən nüfuzlu botaniklərindən biri hesab edilməyə başlayır. Beş ildən sonra Lamark Paris Elmlər Akademiyasının üzvü seçilir.
Lamarkın təşəbbüsü ilə 1793-cü ildə özünün işlədiyi Kral Botanik Bağı Təbii Tarix Muzeyinə çevrilir. Onun özü isə cücü və soxulcanlar zoologiyası kafedrasının professoru olur və ora 24 il rəhbərlik edir.
50 yaşlı insanın ixtisasını dəyişmək asan olmasa da o öz üzərində gərgin işləməklə botanika kimi zoologiyanın da tanınmış mütəxəssisi olur.
Lamark onurğasız canlıları öyrənməyə başlayır. Məhz o zoologiya elminə 1796-cı ildə "onurğasızlar" anlayışı gətirir. 1815-ci ildən 1822-ci ilədək onun yeddi cildlik "Onurğasızların təbii tarixi" adlı fundamental əsəri nəşr edilir. O orada onurğasızların elmə məlum olan 10 sinfini təsnif edir. Müasir elmdə artıq 30 növ təsnifləndirir.
Lamark 1802-ci ildə elmə "biologiya" terminini gətirir. O bunu alman alimi H. R. Trevinarusla eyni vaxtda, ancaq ondan asılı olmadan təklif edib.
Lamark 1809-cu ildə "Zoologiyanın fəlsəfəsi" kitabını dərc etdirir. Alim orada canlı aləmin təkamülünə dair öz nəzəriyyəsini irəli sürür. Lamarkın davamçıları Çarlz Darvinin təbii seçmə nəzəriyyəsinə "daha uyğun gələnin yaşaması" fikrini əlavə edirlər.
1820-ci ilə Lamark tam kor olur. Axırıncı illərə qədər onun yanında qızı Korneliya olur və atasının diqtə etdiyi fikirləri yazır. Lamark son illərini kasıbçılıq içərisində yaşayır.
Botanika və zoologiyadan başqa Lamark hidrologiya, geologiya və meteorologiyaya dair əsərlər yaradır.