Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Jan-Pol Belmondo | |
---|---|
fr. Jean-Paul Belmondo | |
| |
Doğum adı | Jean-Paul Charles Belmondo[1][2][…] |
Digər adı | Bebel |
Doğum tarixi | |
Doğum yeri | Neyi-sür-Sen, Fransa |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vətəndaşlığı | Fransa |
Həyat yoldaşı |
Elodi Konstantin (1953–1965) Natti Belmondo (2002–2008) |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1953–2015 |
Təhsili |
|
Boyu | 1,78 m[3] |
Mükafatları |
|
IMDb | ID0000901 |
Vikianbarda əlaqəli mediafayllar |
Jan-Pol Belmondo (fr. Jean-Paul Belmondo; 9 aprel 1933 - 6 sentyabr 2021) — fransız kinoaktyoru, fransız kinosunda "yeni dalğa"nın manifesti hesab olunan "Son nəfəsdə" filmindəki Mişel Puakkar rolu ilə şöhrət qazanmışdır (1960). İlk filmlərində üsyankar gənc obrazı yaradaraq gənclər arasında böyük populyarlığa nail olmuş, sonrakı dövrlərdə komediyalarda və döyüş filmlərində kəskin xarakterli rolları canlandırmışdır. Ən yaxşı kişi roluna görə Sezar mükafatı laureatı (1989), Fəxri Legion ordeninin komandorudur.
Parisin qərbində Neuilly-sur-Seinedə dünyaya gəldi. Sicilya kökənli olan atası Paul Belmondo tanınmış bir heykəltaraş idi. Amma Jean-Paul məktəb illərində incəsənətdən çox futbol və boksla maraqlanırdı. İyirmi yaşına çatanda aktyorluq marağını çəkməyə başladı. Paris konservatoruyasında təhsil aldı. (Conservatoire National Superieur d'Art Dramatique (CNSAD)). Bəzi teatr oyunlarında kiçik rollarda oynadı. 1950-ci illərin ilk yarısını teatr ilə uğraşaraq keçirdi. 1956-cı ildə ilk filminde oynadı. Daha 8 filmdə oynadıqdan sonra nəhayət 1960-cı ildə özünü dünya çapında tanıdacaq film gəldi; Jean-Luc Godard'ın Sərsəri Aşıqlərri (À bout de souffle). Belmondo bu günə qədər çoxu macəra komediya filmləri olmaq üzrə 81 filmdə oynamışdır. Alain Delon kimi o da Cerito adlı öz film şirkətini qurdu. 2001-ci ildı iflic olduğu üçün filmərinə fasilə verdi.
Üzündəki bənzərsiz çapqın ifadə, hiyləgər gülümseme, yumorlu, amma hüzünlü performansı ilə kinoda dəyişik bir bir tip olaraq tanınan Belmondo'nun bir ğzəlliyi də aksiyon filmlərinde heç dublyordan istifadə etməməsidir. Bütün təhlükəli səhnələri özü oynamışdır. AncaQ 1985-ci ildə Hold-Up filminin çəkilişlərində bir qəza keçirdikdən sonra bunlardan vaz keçmişdir.
Fransız film tarixində seçgin bir yer edən Belmondo 1963-cü ildə "Fransız Aktyorlar Birliyi" başçısı seçildi. 1988-ci ildə Claude Lelouch'un rejissorluq etdiyi Itinéraire d'un Enfant Gaté'dəki rolu ilə özünə "Ən yaxşı aktyor" nominantı ilə Fransa'nın César ödülü verildi ,ancaq o ödülü geri verdi. Səbəbi isə bu ödülün dizaynını verən və öz adını bu ödülə verən heykəltaraş Césarın bir zamanlar Belmondo'nun heykəltaraş olan atasının əsərlərini pisləməsi idi.
Belmondo Fransızların ən böyük qürur nişanı olan Legion d'Honneur ilə mükafatlandırıldı.
1963 ilində "30 il və 25 film" adlı otobiyografik kitabını yayımladı. "Cobra" və "Blueberry" kimi bəzi aksiyon cizgi romanlarındaki xarakterlər ondan bərlənərəık yaradılmışdır.
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |