Jan-Pyer Abel-Remüza

Jan-Pyer Abel-Remüza
fr. Jean-Pierre Abel-Rémusat
Doğum tarixi 5 sentyabr 1788(1788-09-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 iyun 1832(1832-06-03)[3][4] (43 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vəba
İş yeri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan-Pyer Abel-Remüza(fr. Jean-Pierre Abel-Rémusat; 5 sentyabr 1788, Paris — 2 iyun 1832, orda) — fransız şərqşünası.

Jan-Pyer Abel-Remüza 1788-ci ildə anadan olmuşdur. Əsas etibarilə Çin dilinin tədqiqatçısı kimi tanınır, 1811-ci ildə "Essai sur la langue et la littérature chinoises" və 1813-cü ildə "Recherche historique sur la médecine des Chinois" adlı əsərləri çapdan çıxır. 1814-cü ildə professor adını almışdır. 1816-cı ildə isə Akademiyaya üzv seçilmişdir. 1822-ci ildə Parisdə "Société Asiatique" dərnəyini yaratmışdır və dərnəyin orqanı olan "Journal Asiatique" dərgisini nəşr edir. Remusat "Éléments de la grammaire chinoise" (1822), "Mélanges asiatiques" (1825), "Nouveaux melarşa asiatiques" (1828) elmi əsərlərinin müəllifidir. Türkologiya sahəsində "Recherches sur les langues tartares" (1820) əsəri ilə tanınmışdır. 1822-ci ildə C. L. Spasskinin "Drevnosti Sibiri" adlı elmi əsəri haqqında elmi məqalə hazırlamışdır.

Jan-Pyer Abel-Remüza 1832-ci ildə Parisdə 44 yaşında vəfat etmişdir.

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Jean-Pierre Abel Remusat // KNAW Past Members (ing.).
  3. Académie des Inscriptions et Belles-Lettres. 1663.
  4. Jean-Pierre ABEL Remusat // Annuaire prosopographique : la France savante. / red. B. Delmas 2009.
  5. 1 2 list of professors at Collège de France.
  6. 1 2 www.accademiadellescienze.it (it.).